De Vaalın erməni KİV-ə Qarabağ müsahibəsi – Müxbiri susdurdu

De Vaalın erməni KİV-ə Qarabağ müsahibəsi – Müxbiri susdurduTanınmış ekspert, "Kornegi Avropa" fondunun böyük elmi işçisi Tomas de Vaal erməni mediasına Dağlıq Qarabağla bağlı müsahibə verib.

BiG.AZ axar.az-a istinadən bildirir ki, müsahibə erməni müxbirin öz maraqlarına uyğun suallarına daha açıq və konkret cavablarla seçilib.

Müsahibənin maraqlı olduğunu nəzərə alaraq, təqdim edirik:

- Cənab de Vaal, necə düşünürsünüz, sizcə İlham Əliyev niyə Azərbaycanda keçiriləcək prezident seçkilərinin tarixini dəyişməyə qərar verdi? İlham Əliyev ölkəsindəki seçkilərin vaxtını Rusiya və Ermənistanda keçirilən seçkilərin vaxtı ilə uyğunlaşdırmağa çalışır? Onun bu addımının Qarabağ münaqişəsi ilə hansı əlaqəsi var?

- İlham Əliyev seçkilərin vaxtını dəyişdi, çünki bunu etməyə haqqı var. Onun belə bir imkanı var. Azərbaycan iqtisadiyyatı hazırda əlverişli vəziyyətdədirsə, onda niyə gözləsin? Buna görə də seçkilərin mümkün qədər daha tez keçirilməsi qərarına gəldi. Bu addım müxalifət üçün gözlənilməz oldu və onlar təşkilatlana bilmədilər.

- Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov apreldə keçiriləcək prezident seçkilərindən sonra Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aktivləşəcəyini bildirib. Danışıqların aktivləşəcəyini, yoxsa əksinə konfliktin gərginləşəcəyini gözləmək lazımdır?

- Təəssüf ki, vəziyyət sülhdən daha çox, müharibəyə yaxındır. 2016-cı ilin aprelindən sonra ritorika daha aqresiv xarakter aldı, təmas xəttində isə daha hərbiləşdirilmiş vəziyyət yarandı. Lakin bu vəziyyəti iki ölkənin prezidentləri - İlham Əliyev və Serj Sərkisyan idarə edir və onlar fikirlərini dəyişsələr, o zaman vəziyyət də tez bir zamanda dəyişə bilər. Əgər Prezident İlham Əliyev seçki prosesindən sonra qərara alsa ki, danışıqlar prosesini aktivləşdirmək lazımdır, bu zaman çox şey edə bilər. Gəlin gözləyək. Bu məsələdə çox optimist olmasam da, hər şey mümkündür.

- Müharibəyə səbəb ola biləcək digər məsələlər hansılardır? Əgər aprel döyüşləri nəticəsində İlham Əliyev ciddi bir uğur əldə edə bilməyibsə, niyə müharibəyə başlamaq barədə qərar qəbul etməlidir ki?

- Əksinə, düşünürəm ki, Azərbaycan aprel döyüşləri zamanı bəzi uğurlara nail olub. Apreldə baş verənlər ölkədə güclü vətənpərvərlik dalğası yaratdı, xalq rəhbərlik ətrafında birləşdi və bu da İlham Əliyevə bəzi müsbət nəticələr gətirdi. Bu səbəbdən İlham Əliyev bunu təkrarlaya bilər. Hesab edirəm ki, Əliyev ehtiyatlı davranacaq. Əgər pis nəticələri olacaqsa, riskə getmək niyə lazımdır? Məni düşünülmüş addımlardan daha çox, hər hansı yanlış hesablama nəticəsində münaqişənin təsadüfən alovlanması ehtimalı daha çox narahat edir. Hər hansı bir insidentin baş verməsinə yerli komandanlıqlar dərhal reaksiya verə bilər və bu da qısa zaman ərzində vəziyyətin nəzarətdən çıxmasına səbəb ola bilər.

- Necə düşünürsünüz, növbəti müharibə nə ilə başa çatacaq?

- Münaqişənin necə inkişaf edəcəyini heç kim deyə bilməz. Proqnozlaşdıra biləcəyimiz tək şey kütləvi dağıntıların, çox sayda qurbanların və böyük faciənin olacağıdır. Bir gün tərəflərdən biri, o biri gün isə digəri uğura nail ola bilər. Hesab edirəm ki, öncədən yalnız bu münaqişənin günahsız qurbanları olacağını demək olar.

- Nə üçün Azərbaycan rəhbərliyi prezident seçkiləri ərəfəsində militar ritorikanı gücləndirir? Qarabağın bir həftə ərzində tutulması, İrəvanın qaytarılması barədə bəyanatlar sadəcə daxili auditoriya üçün edilir, yoxsa bunlar reallaşdırıla və təmas xəttində real tədbirlərə çevrilə bilər?

- Qarabağ faktoru Azərbaycan əhalisini birləşdirir. İrəvanın qaytarılması barədə danışarkən, ölkə başçısı əslində xüsusilə "yeraz" (İrəvan azərbaycanlıları) kimi tanınan geniş bir cəmiyyət qrupuna müraciət etdi. Onlar Ermənistandan gələn insanlardır.

Azərbaycanda aqressiv əhval-ruhiyyə barədə iki şey söyləmək olar. Birincisi - status-kvo Azərbaycanı qane etmir. Ermənistanda bunu heç vaxt unutmamalıdırlar. Onlar torpaqlarını itiriblər, həddən artıq insan evlərindən məhrum olublar. Buna görə də status-kvo Azərbaycan üçün əlverişli sayılmır. İkincisi - militar ritorika müxalifəti məhv edir. Azərbaycanda müxalifət də millətçidir. Yəni prezident bu ritorikanı tətbiq edəcəyi halda milli liderə çevrilir. Üçüncü hal isə budur ki, belə bəyanatlar sülh prosesinə zərbə vurur və həyatı çətinləşdirir, ancaq kədərli həqiqət belədir.

- Danışıqlar prosesində uğura nail olmaq üçün imkanlar mövcuddur? Nəticədə münaqişənin son həllini necə təsəvvür edirsiniz? Münaqişə hansı model əsasında həll edilə bilər?

- Hesab edirəm münaqişə yalnız o halda həll edilə bilər ki, bu gün yaşadıqları ərazidə bundan sonra da yaşayacaq Qarabağ ermənilərini müdafiə edəcək və azərbaycanlı qaçqınlara əvvəllər yaşadıqları ərazilərə geri dönmək imkanları yaradacaq geniş təhlükəsizlik zəmanətləri olsun. Buna görə təhlükəsizlik məsələsində böyük bir əməliyyat həyata keçirmək və status məsələsini mümkün qədər təxirə salmaq lazımdır. Bu yolla Dağlıq Qarabağ erməniləri bu gün sahib olduqları statusa de-fakto sahib ola biləcək, azərbaycanlılar Dağlıq Qarabağa bitişik ərazilərə qayıdacaq, status məsələsi isə təxirə salınacaq. Bu hər iki tərəfi qane edəcək yeganə modeldir, lakin hazırda tərəflərdən heç biri bunun üçün hazır deyil.

- Problem münaqişənin həll metodologiyasındadır. Bu tədbirlər hansı metoda uyğun şəkildə atılmalıdır - mərhələli, yoxsa paket variantı?

- Hesab edirəm ki, yeganə açıq mexanizm addım-addım hərəkət etmək olacaq. Əvvəlcə bəzi yüngül sualları həll edirsən, sonra isə daha mürəkkəb olanlara keçirsən.

- Ancaq ermənilər mərhələli həll variantından narazıdırlar.

- Bilirəm. Digər tərəfdən isə düşünürəm ki, bu sahədə ilk addım Qarabağ ermənilərinə daha çox təhlükəsizlik təminatının verilməsi olmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 642   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 162
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1186
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 251
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 762
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 736
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 722
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 258
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 219
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 460