Bayramınızın qara gəlməsini istəmirsinizsə… - Ekspert

Bayramınızın qara gəlməsini istəmirsinizsə… - EkspertSürücülər unutmasın ki, müəyyən fraqmentlər çıxılmaqla ölkəmizdə 90 km/saat-dan yüksək sürətlə təhlükəsiz hərəkətin məsləhət görüldüyü yol yoxdur. Yolun hamarlığı, hətta müəyyən məsafədə aydın görünməsi sizi aldatmasın.

BiG.AZ axar.az-a istinadən bildirir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov xüsusilə bayram günlərində yollarda baş verən qəzalarla bağlı danışarkən deyib. Ekspert bildirib ki, yollarımızda ən təhlükəli qayda pozuntuları yüksək sürət, yanlış ötmələr və başqa lazımsız sərt manevrlərdir:

"Qarşıdan bir həftəlik bayram və istirahət günləri gəlir. Təcrübə göstərir ki, məhz belə davamlı istirahət günlərində yollarda qəzaların sayı artır. Respublika əhəmiyyətli yollarda avtomobillə uzaq səfərlər intensivləşdiyindən ağır qəzalar da çoxalır. Bunun baş verməməsi üçün çox diqqətli və intizamlı olmaq lazımdır. Heç vaxt təhlükəsizliyinə əmin olmadığınız ötmə və başqa manevrlərə yol verməyin.

Unutmayın ki, müəyyən fraqmentlər çıxılmaqla, ölkəmizdə 90 km/saatdan yüksək sürətlə təhlükəsiz hərəkətin məsləhət görüldüyü yol yoxdur. Yolun hamarlığı, hətta müəyyən məsafədə aydın görünməsi sizi aldatmasın. Əgər belə yolu tam təcrid edib yalnız bir sürücüyə versələr, orada 250 km/saatla da sürmək olar, amma real həyatda heç vaxt belə olmur".

Hüquqşünas bildirib ki, ağır qəzaların xeylisi aqressiv sürmə zəminində baş verir. Belə hallara isə bölgələrlə Bakını birləşdirən yollarda rast gəlinir:

"Yaz vaxtı duman və çiskin daha çox olur, ona görə də həmişə şəraitə, xüsusən görünmə məsafəsinə uyğun sürət seçin və lazımsız manevr etməyin.

Müşahidələr göstərir ki, ağır qəzaların xeylisi aqressiv sürmə zəminində baş verir. Bu aqressiyanın da əsas mənbələrindən biri bir-birimizə xoş olmayan münasibətimiz, qarşılıqlı hörmət və etimadın olmamasıdır. Yorğun halda yola çıxmaq çox təhlükəlidir. Əgər normal istirahət etməmisinizsə, risk etməyin, ani yuxulama həyatınızı alt-üst edə bilər.

Sərxoş vəziyyətdə sürmə isə ümumiyyətlə yolverilməzdir, həmişə ziyanlıdır: cəriməsi böyük, cəzası ağır, fəsadları da təhlükəlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 700   Tarix: 20 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 202
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 115
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

21:00 0
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 208
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

22:00 0
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb

İsrailin hücumunda öldürülən anasının bətnindən xilas edilən körpə ölüb. xəbər verir ki, körpə Sabrin əl-Sakani bazar günü gecə yarısından az sonra Rəfahdakı xəstəxanada qeysəriyyə əməliyyatı ilə ana bətnindən çıxarılıb. Xaotik mühitdə həkimlər körpənin ciyərlərinə hava sıxmaq üçün əl nasosundan istifad

21:45 0
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 194