"Emin Trampın qərargahında göründü, özüylə qara laklı qutu gətirmişdi..."

"Emin Trampın qərargahında göründü, özüylə qara laklı qutu gətirmişdi..."ABŞ-da bu günlərdə Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi və Tramp-Rusiya əlaqələrindən bəhs edən səs-küylü kitab çapdan çıxıb. Virtualaz.org xəbər verir ki, Maykl İsikoffun və Devid Kornun müəllifi olduğu bu kitab "Rus ruleti: Putinin Amerikaya qarşı müharibəsinin gizli tərəfləri və Donald Trampın seçkiləri" ("Russian Roulette: The Inside Story of Putin's War on America and the Election of Donald Trump") adlanır.

Kitab hələ rəflərə çıxmazdan əvvəl səs-küyə səbəb olub. Hərçənd nüfuzlu nəşrlər kitabı tənqid edib yazırlar ki, orada Rusiyanın seçkilərə müdaxiləsinə dair prinsipcə yeni hansısa məlumat, fakt yer almır. Bununla belə müəlliflər hadisələrin xronologiyasını sistemləşdiriblər, maksimum şahid ifadələrinə yer veriblər və qapalı mənbələrdən informasiyalar toplayıblar.

"New York Times" kitabdan bəzi seçmələri dərc edir. (gazeta.ua) Bildirilir ki, biznesmen Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında sövdələşmə hələ 2013-cü ilin noyabrında əldə edilmişdi. O vaxt "Dünya gözəli" müsabiqəsinin rəhbəri olan Donald Tramp Moskvaya uçdu. Məqsədi əslində Putinlə görüşüb Moskvada "Trump Tower" tikmək idi. Lakin kitabda deyilir ki, Putin başqa təbirə qatılmışdı və tıxacda ləngdiyi üçün Trampın görüşünə gələ bilmədi. Göydələnin tikintisi haqda razılaşmanı isə "Putinin inşaatçısı" kimi tanınan Araz Ağalarovla bağladı.

"Rusiyada biznes məsələsinə gələndə etibar ediləsi adam tapmaq çox çətindir. Bizim gözəl münasibətlərimiz olacaq"-Tramp Ağalarovun oğlu və "Crocus Group" şirkətinin vitse-prezidenti Eminə dedi.

Emin bu əhvalatda gözlənilmədən birinci plana çıxan yeni personaja çevrildi. Onu hətta Tramp və Manafortla (Pol Manafort) birlikdə üz qabığına çıxardılar. Amerikanın gələcək prezidenti Moskvada Putinlə görüşə bilmədiyi üçün çox məyus olmuşdu. "Biz deyə bilərik ki, Putin olub. Heç kim bilməz"-Tramp öz ətrafına bildirdi.

Bir neçə ay sonra Emin Trampın Nyu-Yorkdakı "Tramp Tower" qülləsindəki mənzil-qərargahında göründü. Qara laklı qutu gətirmişdi. Orada Putinin Trampa məktubu var idi. Məktubda nə yazılmışdı, bu indiyə qədər də sirrdir.

Sonradan Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və Trampın Moskvada qüllə tikmək planları baş tutmadı.

Kitabda yazılır ki, Trampın Rusiya ilə əlaqələrinin toxumu əslində daha əvvəl səpilmişdi. 2013-cü ilin iyulunda o, "Dünya gözəli" müsabiqəsində Araz və Emin Ağalarovla, habelə britaniyalı publisist Rob Qoldstounla görüşmüşdü. Tərəflər razılaşma əldə etmişdilər ki, növbəti yarışma Moskvada olsun.

Xəbər verildiyi kimi Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller artıq Emin Ağalarovun Trampa çatdırdığı həmin məktubu tələb edib. Trampın vəkilləri məktubun məzmunundan xəbərsiz olduqlarını deyirlər.

"Emin Trampın qərargahında göründü, özüylə qara laklı qutu gətirmişdi...""Emin Trampın qərargahında göründü, özüylə qara laklı qutu gətirmişdi..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3000   Tarix: 16 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 148
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 511
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 217
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

25.04.2024 414
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 283
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284