Ətin qiyməti 9 manata düşüb? Nazirlik aydınlıq gətirdi

Ətin qiyməti 9 manata düşüb? Nazirlik aydınlıq gətirdi
Bakıda mal və qoyun ətinin ucuzlaşması ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilir ki, bir neçə gün əvvələ qədər 11 – 11 manat 50 qəpiyə satılan mal ətinin qiyməti 9-10 manata, 13 manata təklif edilən qoyun ətinin qiyməti isə 12 manata enib.

Xüsusilə bayram ərəfəsində qiymətlərdə azalmanın olması inandırıcı görünmür. Çünki Azərbaycanda yaranmış qeyri-ənənəvi tendensiyaya görə, hər il bayramqabağı bütün məhsullarda bahalaşma qeydə alınır.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi İcmallaşdırma və statistik təhlil şöbəsi müdiri Firdovsi Fikrətzadə modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, mal və qoyun ətinin qiymətlərində dəyişiklik olmayıb.

Nazirlik rəsmisi bazarlarda təklif edilən ətin pərakəndə satış qiymətlərini təqdim edib:

İribuynuzlu heyvan əti (yaşlı, sümüklü) 6.50-7.00

İribuynuzlu heyvan əti (yaşlı, sümüksüz) 8.50-9.00

İribuynuzlu heyvan əti (cavan,sümüklü) 10.00 - 11.00

İribuynuzlu heyvan əti (cavan, sümüksüz) 14.00-15.00

Xırdabuynuzlu heyvan əti (yaşlı) 7.00-8.00

Xırdabuynuzlu heyvan əti (cavan) 11.00 -12.00

Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsulları sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2095 Tarix: 13.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 14.03.2018
Bizim rayonda 11 manatdi


 
sensizlik2005
sensizlik2005 13.03.2018
Biz 11manata aliriq


 
Gunay_meherremova
Gunay_meherremova 13.03.2018
Bu yalan daniwmaqda size mukafat verirler


 
People_need
People_need 13.03.2018
Xeyr yalandı ! 10. 50qəp - dir mal əti . Quzu əti 13 manatdır ! Siz dediyiniz yarmarkalarda ölmüş heyvanların, qoca inəklərin, qoyunların əti olar ! İnsanları bəsdir yalanlarla aldatdınız ! Matketlərə qiymətlərin əlindən girmək mümkün deyil ! Dövlətimiz görəsən hara baxır !??? 10 manat pensiya, 10 % maaş qalxıb , onu da hələ almamışıq hər yer qiymətlərdən yanır ! 5- 6 gündü ərzaqların qiymətləri çox -çox qalxıb, dəhşətdi ! Yazıq kasıblar !


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər