Növbəti intellektual qarşılaşmanın nəticələri - FOTO

Növbəti intellektual qarşılaşmanın nəticələri - FOTO

Paytaxt məktəblilərindən ibarət komandalar arasında növbəti intellektual oyun təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 65 nömrəli tam orta məktəbin, 83, 264 və 304 nömrəli məktəb-liseylərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Dil və ədəbiyyat”, “Biologiya”, “Hansı?”, “Coğrafiya” və “Təsviri incəsənət” bölmələri üzrə sualları cavablandırıb.

İntellektual oyunun nəticələrinə əsasən, 304 nömrəli məktəb-liseyin komandası qalib gəlib.
Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə layihəsidir.

İntellektual oyun həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.
“Hazırcavablar” intellektual teleoyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.
Növbəti intellektual qarşılaşmanın nəticələri - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 500 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər