Qəzaya düşən şagirdlərə imtahan vermələri üçün şərait yaradılacaq — DİM

Qəzaya düşən şagirdlərə imtahan vermələri üçün şərait yaradılacaq — DİM

Yevlaxda şagirdləri buraxılış imtahanına apararkən qəzaya uğrayan mikroavtobusda olan şagirdlərin yenidən imtahan verməsi üçün şərait yaradılacaq.

BiG.AZ xəbər verir ki, bu barədə DİM-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəzayla əlaqədar rayona gedib.

Xatırladaq ki, bu gün səhər baş verən hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Yevlax rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlrərlə xəstaxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 886 Tarix: 11.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 11.03.2018
Allah komeyleri olsun yaziq uwaqlar


 
sensizlik2005
sensizlik2005 11.03.2018
Can can bu sadece hadisedi wofer istemezdiki bu olsun heyatdida her wey olur.


 
Gunay_meherremova
Gunay_meherremova 11.03.2018
Can can can bala sizi o imtahana aparan tupoy soferin boyu yere girsin


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər