Bu adada insanlar izsiz-soraqsız yoxa çıxır: Elm susur… - VİDEO

Bu adada insanlar izsiz-soraqsız yoxa çıxır: Elm susur… - VİDEOPlanetimizdə saysız-hesabsız müəmmalı yerlər var ki, onları tədqiq etmək və elm üçün aydınlaşdırmaq sadəcə mümkün deyil. Bu cür təbiət sirləri qarşısında nəinki elm, insanlar da acizdir.

Teleqraf.com xəbər verir ki, belə müəmmalı yerlərdən birinin Envaitenet olduğunu tamamilə söyləmək mümkündür. Adi gözlə görünən bu ada Keniyadakı nəhəng Rudolf gölünün, demək olar, düz mərkəzində yerləşir. Yerli turkan və elmolo tayfaları adaya hətta, ən primitiv sallarla belə asanlıqla gedə bilirlər. Ancaq bu "ovsunlanmış ada"da heç kim yaşamır. Bundan başqa adaya nə alimlər, nə də paranormal hadisələrin tədqiqatçıları gedirlər. Çünki bu adadan, yerli sakinlərin dediyi kimi (bu, praktikada öz təsdiqini tapır) heç kim qayıtmır. Sözsüz ki, bu hal insanlar orada "vaxtından çox" qaldıqda baş verir.

Rudolf gölünün ətrafında yaşayan keniyalı tayfalar arasında belə bir əfsanə dolaşır ki, Envaitenet adasından yerli əhali heç vaxt köçürülməyib. Ancaq 1630-cu ildə qəfildən adanın bütün sakinləri eyni vaxtda yoxa çıxıblar. Keniyalılar əmindirlər ki, adanın ortasında od saçan nəhəng mağara var, mağara hansısa formada insanları cəlb edir və onları "udur".

Aborigenlər arasında adada yaşamaq istəyən qoçaqlar olurdu. Hətta, bəziləri buna müvəffəq olurdu. Ancaq onlar da az sonra yoxa çıxırdı. Qonşu Loienqalani kəndinin sakinləri onları yoluxmağa gələndə adada canlı həyata dair hər hansı işarə tapmırlar. Onların yalnız əşyaları, hətta yeyilməmiş yeməkləri qalmışdı...

O vaxtdan indiyədək ada sakinsiz qalır. Avropalılar hələ XVIII əsrdə Envaitenetlə maraqlanırlar. Yerli əhalinin bütün xəbərdarlığına baxmayaraq, Hollandiya və Almaniyadan adaya ekspedisiya yola düşür. Heç biri qayıtmır, hamısı yoxa çıxır.

Adanın sirrini açmağa sonuncu dəfə 1935-ci ildə Vivian Fuşun başçılığı ilə bir qrup ingilis alimi cəhd edir. Onun iki həmkarı – tədqiqatçılar Bill Dayson və Martin Şeflis adaya yola düşür və onlar da qayıtmır. Narahat olan Fuş onların ardınca xilasedicilər göndərir, ancaq heç kimi tapmaq mümkün olmur.

Təhlükəli adada indiyədək ancaq ilanlar və timsahlar yaşayır. İtkin düşən sakinlərdən isə heç bir nişanə yoxdur. Yeri gəlmişkən onu da qeyd edək ki, xəritədə rəsmən Cənub adası adlandırılsa da, yerli sakinlər onu Envaitenet adlandırırlar. Bu isə yerlilərin dilində "Geridönməz" mənası verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2258   Tarix: 04 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817