44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR

44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR
Nəriman Nərimanov aprel ayının 2 (14)-də Tiflisdə, tacir ailəsində anadan olub. Atası Kerbalay Nəcəf zəhmətkeş insan olub. Böyük ailəni təmin edə bilmək üçün gecelər səhərə qədər işləyib. Nəriman Nərimanovun uşaqlıq və yeniyetməlik dövrü anasının- ədalətli, xeyirxah qadın olan Həlimə xanımın nəzarəti altında keçib.

Həlimə xanım ali təhsil ala bilmədiyi üçün ən böyük arzusu oğlu Nərimanın təhsilli, kamallı bir insan olması olub. Nəhayət anasının xəyalları gerçək olmağa başladı. Nəriman Nərimanov 1882-ci ildə Tiflis quberniyasının Qori seminariyasına daxil oldu. Hərçənd seminariyada sərt kazarma rejimi mövcud idi, şagirdlər arasında milliyətçi gənclər də az deyildi. Ancaq Nəriman Nərimanov onlara rəğbət bəsləyirdi, çar ikinci Aleksandrın 1881-ci ildə xalqçılar tərəfindən qətlə yetirilməsi onun üçün ilk güclü siyasi təəssürat olub.

44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR

İllərlə bu qətlin hansı səbəbdən törədildiyini düşünsə də, heç vaxt hadisənin əsas səbəbini anlaya bilmədi. Nəriman xalqa necə kömək edə biləcəyi haqqında çox düşünürdü. Xalqı müstəmləkə rejiminin zülmündən xilas etmək üçün o, təhsilini başa vurmalı idi. Yalnız bundan sonra nələrəsə nail ola bilərdi. Amma seminariyanı bitirməsinə bir neçə ay qala, 1889-cu il yanvar ayının 20-də Nərimanın atasının qəfil ölümü bütün planları dəyişdi. Ailə problemlərinin bütün yükü Nərimanın çiyinlərinə düşür. Maddi və mənəvi çətinliklər içərisində qalan Nəriman hər şeyə rəğmən, 1890-cı ildə Qori müəllimlər seminariyasını bitirir. Məzunu olduğu il Qızılhacılı kənd məktəbində müəllim kimi çalışmağa başlayır.

Kəndlilərin ağır həyatı ilə yaxından tanış olan Nəriman seminariyada yazmağa başladığı "Nadanlıq" komediyasını bitirir. 1894-cü ildə yazılan ”Nadanliq” komediyası Nərimanovun ilk qələm təcrübəsidir. Əsərin ideyasi feodal həyatın köhnə adət-ənənələrinə, cəhalətə qarşı mübarizədən bəhs edir.

Nəriman Nərimanov Bakıda

1891-ci ildə ilk dəfə Bakıya gəlir. İnqilab hərəkatının mərkəzinə düşən Nərimanov dövrün ictimai mahiyyət kəsb edən məsələlərinə diqqəti yönəldərək bir-birinin ardınca geniş məzmun kəsb edən "Nadanlıq", "Şamdan bəy", "Nadir Şah", "Bahadır və Sona" kimi ədəbi əsərlər yazaraq Azərbaycan ədəbiyyatının mükəmməl nümunələrini yaradır. Rus ədəbiyyatının görkəmli nümayəndəsi N.V.Qoqolun "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə edir və baş rollardan birini özünün canlandırdığı komediyanın Azərbaycan səhnəsinə çıxarılmasına nail olur. Nərimanov müəllimlik fəaliyyəti illərində bədii əsərlərlə yanaşı, bir sıra dərsliklər tərtib edir. Ruslar üçün Azərbaycan dilinin qrammatikası, azərbaycanlılar üçün isə rus dilinin qrammatikasını dərslik şəkilində tərcümə edir. Həmin dövrün təhsil sistemində çalışan müəllimlər üçün bu dərsliklər çox böyük fayda vermişdi.

44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR

Nərimanovun və onu dəstəkləyən insanların təşəbbüsü ilə 1894-cü ildə ilk dəfə Bakıda müsəlman dünyası üçün rusdilli və türkdilli kitablardan ibarət ictimai kitabxananın əsası qoyulur. Kitabxanadan istifadə üçün simvolik olaraq hər kəs 2 qəpik ödəməli idi. Bu rüsum kitabların kitabxanada saxlanılmasına görə minimal şəraiti təmin etmək üçün təyin olunmuşdu. Bu hadisə ölkəmizin mədəni və ictimai həyatında böyük sıçrayış rolunu oynayıb. Hər şey kitablardan, oxumaqdan başlayır..

Öncə müəllim, sonra həkim olan Nərimanov

1902-ci ildə, seminariyanı bitirdikdən 12 il sonra o, yazırdı:

"Qardaş qızınıda ərə verdik. Mən düşünürəm ki, ailəm üçün üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirdim. Artıq öz təhsilimi davam etdirməyin vaxtıdır".

Həmin il Nərimanov Novorosiskiy (Odessa) Universitetinin tibb fakültəsinə daxil olub.

O dövrdə azərbaycanlılar arasında həkimlərin sayı çox az idi. Təbii ki, onlara ehtiyyac var idi, xüsusilə də kənd yerlərində. Bu addımı ilə 32 yaşlı Nəriman Nərimanov həyatını tamamilə dəyişdirməyə qərar verir. Öz-özlüyündə bu çox cəsarətli addım idi. Hər kəs belə qərar qəbul edə bilməzdi. Universitetdə yuxarı təbəqədən olan tələbələr arasında təhsil almaq son dərəcə çətin idi. Nəriman Nərimanov Bakı Dumasının komissiya sədrinə ona təqaüd ayrılması ilə bağlı müraciət etmişdi.

Nərimanov və Tağıyev

1902-ci ilin oktyabrında "Kaspi" qəzetində Nərimanovun təhsilini davam etdirməsi üçün 350 rubl pul ayrıldığı barəsində xəbər yayımlanmışdı. Bu pul faktiki olaraq ona Hacı Zeynalabdin Tağıyev tərəfindən təqdim edilmişdi.

44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR
Bəzi mənbələr yazır ki, Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyev arasında yaşanan münaqişədə Tağıyev zamanında Nərimanovun təhsilinə göstərdiyi köməyi dilə gətirərək onu naşükür, qədribilməz kimi dəyərləndirib.

Nərimanovun bacısı nəvəsi, tarixçi, Nəriman Nərimanovun xatirə muzeyinin direktoru Kəmalə Hüseynovanın sözlərinə görə, bunlar sadəcə şayiələrdir. Dayısının Tağıyevlə çox sıx münasibətləri olub. Hətta 1924-cü ildə Tağıyevin ölümündən qabaq Nərimanov sonuncu dəfə Bakıya gələndə onu Mərdəkandakı malikanəsində ziyarət edib.

Qanlı 1905-ci il...

O illərdə Odessada coşqun inqilabçı həyatı başlanır. Belə bir vəziyyətdə Nərimanov üçün siyasi istiqamət müəyyənləşdirmək daha da çətinləşmişdi.

1905-ci il Oktyabr manifestindən sonra bütün Rusiya imperiyasını həyəcan bürümüşdü. İnqilab Nərimanovun təhsil aldığı Novorosiyski Universitetinə də təsir etdi. Təhsil müəssisəsinin bağlanması tələbələrin narahatlığına səbəb oldu.

44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR
Elə bu ərəfələrdə Nəriman Nərimanov Bakıya geri qayıdır.

Kəmalə xanımın sözlərinə görə, Bakıdakı qətliam zamanı Nəriman Nərimanovun qardaşı 8 xəncər zərbəsi ilə öldürülmüşdü. Ermənilər onun anasını da yaralamışdılar. Faytonda yaralanan qardaşı elə hadisə yerində dünyasını dəyişmişdi. Nərimanovun anası Həlimə xanım isə aldığı yaralardan uzun müddət sağala bilmədi və hadisədən 1 il sonra vəfat etdi.

Nəriman Nərimanov Bakıda teatr fəaliyyəti ilə də məşğul olmuşdu. O, bir sıra pyesləri səhnələşdirmiş, eləcə də, özü müxtəlif rolları canlandırmışdı. Eyni zamanda, ölkənin bir sıra şəhərlərinə, kəndlərinə tez-tez gedib orada tibbi xidmət verirdi.

44 yaşlı həkim və 15 yaşlı arvadı

Nəhayət, 1908-ci ildə həkim diplomunu alan Nərimanov öncə Tiflisdə, daha sonra isə Bakıda həkim kimi fəaliyyətə başlayır.

1913-cü ildə Nərimanov qardaşı qızının tanış etdiyi Gülsüm xanımla ailə həyatı qurur. Nərimanovun qardaşı qızı, Asya xanım o vaxt Hacı Zeynalabdin Tağıyev tərəfindən tikilmiş rus-tatar qadın məktəbində müəllim idi. Gülsüm xanımı da ordan tanıyırdı. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, qadınlar üçün nəzərdə tutulmuş rus-tatar məktəbinin direktoru Tağıyevin arvadı idi.

44 yaşlı Nərimanov 15 yaşlı Gülsümlə evlənir. Gülsüm xanım kifayət qədər məşhur və zəngin ailənin qızı idi.

Nərimanovun yaxın dostlarından biri olan Abdulla Şaiq öz "Xatirələr"ində Nərimanın gec yaşda evlənməsinin səbəblərini qeyd edib. O, yazır:

"Nəriman öz ailəsinə çox bağlı insan olub. Var gücü ilə ailəsinin birlikdə olmasına çalışırdı. Nərimanovun 12 nəfərdən ibarət (yaşlı anası, xalası, iki bacısı və onların uşaqları, öz qardaşı və bacısı uşaqları) ailəsini maddi-mənəvi cəhətdən təmin edə bilmək üçün çalışırdı."

Nəriman Nərimanovun və Abdulla Şaiqin nəsillərə örnək olacaq bir dostluğu olub.

1914-cü ilin may ayında Nərimanov "Qara şəhər"də klinikaların birində müvəqqəti olaraq həkim kimi fəaliyyət göstərir. Kasıb və ehtiyac içində olan insanları təmənnasız müalicə edirdi. Həyat yoldaşı Nərimanovu böyük, mərhəmətli ürəyinə görə çox sevir və daim dəstəkləyirdi. Nərimanovun ailəsi - dul qalan iki bacısı və bacısı uşaqları, Gülsüm xanım - İstiqlaliyyət küçəsi 55 ünvanında yerləşən mənzildə qalırdılar. Nəriman Nərimanov xalq düşməni elan olunduqdan sonra evi əlindən alınaraq ailəsi ilə birlikdə köçürülmüşdür. Hazırda bu ünvanda onun ev muzeyi yerləşir.

Ümummilli lider Heydər Əliyev arxiv sənədləriylə şəxsən tanış olduqdan sonra Nəriman Nərimanovun günahsızlığına qərar verib, adını təmizə çıxarmışdı. 1972-ci ildə Heydər Əliyevin sərəncamı ilə heykəltəraş Cabbar Qaryağdı tərəfindən Nəriman Nərimanovun xatirəsinə abidə ucaldılmışdı. Ümummilli lider abidənin açılışında şəxsən iştirak etmişdi.

44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR

1977-ci ildə Ümummilli liderin göstərişi ilə həmin mənzildə yaşayan insanlar oradan köçürülür. Nərimanovun şəxsi əşyaları, sənədləri burada toplanaraq, ev muzeyi açılır. Nərimanovun ev muzeyinin açılışında da Heydər Əliyev birbaşa özü iştirak edir.

Kəmalə xanım qeyd edib ki, təxminən 3 ildən sonra Narimanovlar ailəsində qız uşağı dünyaya gəlir. Lakin təəssüflər olsun ki, körpə 1918-ci ildə Nərimanovların getməyə məcbur olduqları gəmidə vəfat edir. 1919-cu il dekabr ayının 2-də Nəriman Nərimanovun Nəcəf adlı oğlu dünyaya gəlib.

1922-ci ildə Leninin dəvəti ilə Nərimanov Moskvaya köçür. Orada yaşadığı müddətdə çox yüksək postlarda işləyir.

Nərimanovun sirli ölümü

N.Nərimanov 1925-ci il mart ayının 19-da müəmmalı şəkildə ölür və Moskvada, Kremlin divarları yaxınlığında dəfn edilir. Onun qəfil, sirli ölümünün səbəbləri sual atında qalıb. Ölümünə az qalmış o, oğlu Nəcəfə məktub yazır. Ümid edir ki, Nəcəf böyüyəndə məktubu oxuyacaq.

44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR

Məktubda deyilir: "Əziz oğulum, Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, söz verirəm ki, səni cəmiyyətə yararlı insan kimi tərbiyə edəcəm. Yox əgər vaxtsız ölsəm, mənə söz ver ki, böyüyəndə cəmiyyət üçün ən azından atanın etdiklərini etməyə çalışacaqsan".

Həkim Nəriman Nərimanovun dəfn olunduğu gün matəm günü elan edildi. Dəfn mərasimi ilə əlaqədar olaraq bütün tamaşalar, konsertlər, kino və başqa əyləncə proqramları ləğv olunmuşdu. Hökumət binalarından başlayaraq, SSRİ-nin bütün ərazisində matəm ilə əlaqədar bütün dövlət bayraqları 5 dəqiqəlik aşağı endirilmişdi.

Növbəti zərbə

Gülsüm xanım yaşının az olmasına baxmayaraq, Nəriman Narimanov ilə çox xoşbəxt ailə münasibətləri yaşayıb. Onlar bir-birini dərin məhəbbətlə seviblər. Gülsüm xanım da, Nərimanov kimi mərhəmətli, cəmiyyətə qayğı ilə yanaşan insan olub. Onun Bakıda açdığı əlillər və körpələr evi, uşaq bağçaları 50-ci illərin sonlarına qədər fəaliyyət göstərmişdi.

Təhsilini artırmaq üçün o, 1920-ci ildə Frebelevski müsəlman kurslarını bitirir. Ərinin ölümündən sonra işləməyə başlayır və oğuluna ləyaqətlə tərbiyə veirir. Nəcəf bir neçə dil bilirdi. 1940-cı ildə Kiyevdə hərbi məktəbi qurtaran Nəcəf, daha sonra Leninqradda tank akademiyasını da uğurla başa vurur.

44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR

Gülsüm xanım 1930-cu ildə ictimai-iqtisadi əlaqələr üzrə diplom alıb. 1931-1935-də illərdə Timiryazevski akademiyasında oxuyur. O, çox gözəl qadın olub. Kəmalə xanımın sözlərinə görə, gənc yaşda dul qalan Gülsüm mərhum ərinə çox dərin sevgi və hörmət bəsləyib. Çox gənc yaşda dul qalmasına baxmayaraq, ikinci ailə haqqında düşünməyib və bütün sevgisini oğulu Nəcəfə verib. Amma taleyi oğlu sarıdan da Gülsümün üzünə gülməyib.

"Böyük vətən müharibəsi illərində Nəcəf Nərimanov tank komandiri olub. Stalinqradın və Donetskin azad olunmasında iştirak edib. Volnovaxa şəhərinin müdafiəsi zamanı gedən döyüşlərdə həlak olan Nəcəf Nərimanov Donetsk ərazisində dəfn edilib.

Ana və poçtalyon

Kəmalə xanım deyir ki, Gülsüm xanım tez-tez hərbi xidmətdə olan Nəcəfə məktublar yazardı. Sonuncu dəfə göndərdiyi məktuba cavab olaraq poçtalyon ona Nəcəfin ölüm xəbərini gətirdi.

Nəcəf Nərimanov birinci dərəcəli "Vətən müharibəsi" ordeni və bir sıra başqa medallarla mükafatlandırılmışdı.
44 yaşlı azərbaycanlı məşhur və 15 yaşlı arvadı - Bilmədiyiniz GERÇƏKLƏR - FOTOLAR
Gülsüm xanım özü də "Almanlar üzərində qələbə"dən sonra medalla təltif olunmuşdu.

Amansız taleyin ona yaşatdığı ağrı-acılara baxmayaraq Gülsüm xanım yıxılmadı, həyat yoldaşının, oğlunun sevgisini kimsəsiz və valideynləri müharibədə həlak olan uşaqlara həsr etdi. Gülsüm Nərimanova Moskva və Moskva ətrafı ərazilərdə yerləşən uşaq evlərinin sədri idi.

1953-cü ildə Moskvada vəfat edən Gülsüm Nərimanova Vaqankovski qəbiristanlığında dəfn edildi.

Nəriman Nərimanovun və Gülsüm Nərimanovanın nakam məhəbbəti vətəndən çox uzaqda kədərli şəkildə sona çatdı...

Maraqlı faktlar:

1) N.Nərimanovun "Bahadur və Sona" romanı ilk dəfə 1916-cı il dekabr ayının 17-də H.Ərəblinskinin benefisində səhnəyə qoyulub.

2) İlk dəfə 1930-cu ildə Mir Cəlal özünün "Görkəmli yazıçı-realist" yazısında N.Nərimanovun ədəbi yaradıcılığından bəhs etmişdi.

3) N.Nərimanov - Azərbaycan dilinin qrammatikası haqqında ilk kitabın müəllifidir.

4) N.Nərimanov - ruslar üçün Azərbaycan dilli, azərbaycanlılar üçün rus dilli dərsliklərinin ilk müəllifidir.

5) Şərqdə ilk abidə 1922-ci ildə N.Nərimanovun göstərişi ilə görkəmli şair M.A.Sabirin əziz xatirəsinə ucaldılmışdı.

day.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1023 Tarix: 23.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər