Şəhid leytenantın xanımından ürəkdağlayan sözlər: "Turalın öldüyünü məndən gizlətdilər, dəfnində..."

Şəhid leytenantın xanımından ürəkdağlayan sözlər: "Turalın öldüyünü məndən gizlətdilər, dəfnində..."2018-ci il fevralın 24-dən 25-nə keçən gecə cəbhənin Füzuli-Xocavənd istiqamətində baş vermiş döyüşün 1 ili tamam olacaq.

Müsahibimiz şəhid baş leytenant Tural Haşımlının həyat yoldaşı Şəbnəm Haşımlıdır.

Arayış: Tural Haşımlı 1988-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Baş leytenant Tural Haşımlı 2017-ci il fevralın 24-dən 25-nə keçən cəbhənin Xocavənd rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olub. Onun meyiti fevralın 27-də neytral ərazindən götürülüb. Fevralın 28-i isə Tural Haşımlı Ordubad şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.

Tural Haşımlı ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib. Tural Haşımlı şəhid olmazdan 7 ay əvvəl ailə həyatı qurmuşdu. Zabitimiz şəhid olmazdan 6 saat öncə ata olacağını bilmişdi.

"Təlimlərə qatılacağını dedi"

"Tural hərbi qaydalara bütün hərbçilər kimi əməl edirdi. Bizə heç nə demirdi. Biz Beyləqanda hərbi şəhərcikdə qalırdıq. Hər axşam evdə olsa da, nələrin olacağı barədə danışmırdı. 2017-ci ilin fevralında təlimlərə qatılacağını dedi. Düzü həyat yoldaşı olaraq nə bir etiraz etdim, nə də bir söz dedim.

Çünki tez-tez təlimlərə gedirdi. Düzdü, təlimlər asan olmurdu. Bəzən deyəndə ki təlimə gedib, elə bilirlər adi səfərdir. Amma bu, hərbinin qaydalarıdır. Sonra elə alındı ki, Tural evə gəldi və dedi ki, kurs dayandırılıb və o, işə qayıtmalıdır. Mən yenə də əlavə suallar vermədim. Çünki hərb işi ilə bağlı danışmağı sevmirdi. Onları bu cür yetişdirmişdilər".

"Tural işinə bağlı idi"

Şəbnəm xanım deyir ki, Turaldan sonra yaşından çox böyüyüb:

"Təbii, hər kəs kimi bizim də çətinliklərimiz vardı. Amma Tural işinə bağlı idi. Heç vaxt hərb sahəsindən uzaqlaşması barədə danışmırdı. Mən də bu barədə əlavə söhbətlər etmirdim. Düzü, mənim yaşım o qədər də deyildi deyə, bu işlərdən heç nə anlamırdım. Amma Tural şəhid olandan sonra əsl çətinliyin, insan itkisinin, hər an müharibə olacağının fərqində oldum".

"Evliliyimiz 6 ay sürdü"

Şəhidin həyat yoldaşı evliliklərinin qısa sürməsindən təəssüflənir:

"2016-ci ilin sentyabrında toyumuz oldu. Turalın 28, mənim isə 22 yaşım vardı. Amma tanışlığımız 2016-cı ilin əvvəllərinə təsadüf edir. Həmin vaxtlarda Naxçıvanın Ordubad rayon Xəstəxanasında tibb bacısı işləyirdim. Tural da xəstəxananın yolunda məni görüb bəyənmişdi. Sonradan münasibətlərimiz yaranmışdı. Amma qohumluğumuz olmayıb. 2016-cı ilin fevralında nişanlanmışdıq. Üzüklərimiz taxılmışdı. Elə 2017-ci ilin fevralında da Tural şəhid oldu. Evlilik müddətimiz cəmi 6 ay sürdü".

"Turalın dəfnində iştirak etmədim"

Şəbnəm xanım deyir ki, Turalın dəfnində iştirak etmək ona qismət olmayıb:

"Hadisə baş verən ərəfədə səhhətimdə müəyyən problemlər vardı. Ana olmağa hazırlaşırdım. Təbii, hamiləliyim bir qədər riskli idi. Xüsusi həkim nəzarəti altında idim. O vaxt anam da yanımda qalırdı. Məni tək qoymaq olmazdı. Daha doğrusu, həkim məsləhət görmüşdü ki, yanımda mütləq kimsə olsun.

Turalı isə narahat edə bilməzdim. Ən dəhşətlisi odur ki, mən Turalın şəhid olduğunu bir həftə sonra bildim. Mənə bilərəkdən deməmişdilər. Hətta onun tabutu evlərinə gətirilən gün mən orda yox idim. Heç dəfn olunanda da məzarı başında ağlaya bilmədim.

Uşağı itirmək qorxusu yaşayarkən Turalı itirdim. Həmin vaxt onun tabutuna sarılıb ağlaya bilməməyimə üzülsəm də, indi anlayıram ki, bu, belə olmalı idi. Övladımızı itirsəydim nə olacaqdı?! O zaman həm də Turalın ruhu daim narahat qalacaqdı. Onun övladını da itirsəydim, özümü bağışlaya bilməzdim. İndi deyirəm ki, heç olmasa Turaldan yadigar bir oğlumuz var. Onun da adı Turaldır. Bir həftədən sonra Ordubada getdim.

Turalın ata evi məni sıxırdı. Orda toyumuz olmuşdu. Orda yaşamışdıq. Məzarlığa gedəndə hiss etdim ki, Turalsız yaşamaq çox çətin olacaq. Ona o qədər deyilməli sözüm vardı ki!.. Övladı olacağını eşidəndə çox sevinmişdi. Bu cür acını heç kəsə arzu etmirəm".

Qeyd edək ki, Tural fevralın 24-dən 25-nə keçən gecə şəhid olmuşdu. Oğlu da senytabrın 24-dən 25-nə keçən gecə dünyaya gəlib.

Mənbə: modern.az
Şəhid leytenantın xanımından ürəkdağlayan sözlər: "Turalın öldüyünü məndən gizlətdilər, dəfnində..."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1960   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 416
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 236
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 639
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 854
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 289
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 194
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 299
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 526
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 983