ABŞ kəşfiyyatı Ermənistanı qorxuya saldı: "Bu Ermənistanın məhvidir..."

ABŞ kəşfiyyatı Ermənistanı qorxuya saldı: "Bu Ermənistanın məhvidir..."ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutzun 2018-ci ildə Dağlıq Qarabağda genişmiqyaslı müharibə olacağı anonsu hərbi-siyasi çevrələrin diqqət mərkəzindədir.

Hesabatda göstərilib ki, genişmiqyaslı müharibə zamanı Rusiya Ermənistana yardım edəcək.

Rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın 1in.am nəşrinə ABŞ kəşfiyyatının proqnozunu şərh edərkən deyib ki, bu cür fikirlərin səslənməsi birinci dəfə deyil.

Ekspert kəşfiyyatın məxfi qurum olmasına diqqət çəkərək qeyd edib: "Onlar kəşfiyyat adının daşıyıcısıdırlarsa, o zaman məxfi informasiyaya malik olmalıdırlar. O məxfi informasiyalar ki, onları ekspertlər bilməyəcək".

Tarasov əlavə edib ki, Qarabağ münaqişəsi nizama salınmadığına görə cəbhədə vəziyyət gərgindir və buna görə də genişmiqyaslı müharibənin olması istisna deyil.

"Üstəgəl, Azərbaycan ordusu müasirləşib, eyni zamanda erməni hərbçiləri də yerində saymır. Kəşfiyyat isə bizim, sizin bilmədiyiniz informasiyaya malik olmalıdır. Bununla belə, tədbir görülməlidir ki, təsvir edilən ssenarilər mümkün olmasın"- deyə S.Tarasov bildirib.

Politoloq Qarabağda müharibə olacağı təqdirdə, Rusiyanın müdaxilə imkanlarından da söz açıb:

"Rusiya Ermənistanın strateji müttəfiqidir. Həmçinin Azərbaycanla işgüzar əməkdaşlığa malikdir. Bəli, Rusiya Azərbaycana silah satır. Lakin belə bir gizli razılaşma var ki, o silahlar Qarabağ cəbhəsində istifadə olunmasın. Amma bu barədə əminlik yoxdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Güman etməyə əsaslar var ki, müharibə Qarabağ cəbhəsi ilə kifayətlənməyəcək və bu müharibə Azərbaycanla Ermənistan arasında olacaq".

Erməni politoloq Levon Şirinyan isə genişmiqyaslı müharibənin olacağını mümkün hesab edir. Onun sözlərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında qeyd olunan ssenarinin reallaşması tamamilə ehtimal ediləndir.

"Müharibə qaçılmazdır. Azərbaycan niyə çox silah alır? Bu, müharibəyə hazırlıqdır – başqa bir şey deyil"- L.Şirinyan qeyd edib.

Ekspertin fikrincə, müharibə zamanl Rusiya və Türkiyə heç bir problemi həll etməyib.

"Bu baxımdan Amerikanın hesabatı ilə razıyam, lakin müharibə zamanı Rusiyanın Ermənistanı müdafiə edəcəyinə şübhə edirəm. Rusiya Azərbaycan və Ermənistanla münasibətlərində balanslaşdırılmış siyasət həyata keçirdir. Yəqin ki, Ermənistan Qərbə müraciət edəcək və özünü zərbə altından çıxaracaq. Biz bu istiqamətdə düşünməliyik. Ermənistan ABŞ və NATO ilə aktiv dialoq aparmalıdır"-L.Şirinyan əlavə edib.

Politoloq Ermənistana böhrandan çıxmaq üçün formul da təklif edib: "Sarayların əvəzinə tank və raket almaq lazımdır. Bizdə müqavimət göstərmək üçün daxili resurs yoxdur. Ermənistan strateji məhdudiyyətlərin öhdəsindən gəlməlidir və müharibəyə hazırlaşmalıdır. Yaxın zamanlarda Azərbaycan prezidenti İlham Əliyev dövlətinin siyasi doktrinasını elan etdi- bu, Ermənistanın məhv edilməsidir"/modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1242   Tarix: 21 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 796
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 213
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 247
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 631
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 201
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 169
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 32
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 0
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 874