"Mənə dedilər ki, bizdə video var" - Bağça müdiri ifadə verdi

"Mənə dedilər ki, bizdə video var" - Bağça müdiri ifadə verdiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, əməkdaşları İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə zərərçəkmiş Ramella Məmmədova ifadə verərək S.Əliyevə 500 manat verdiyini deyib.

Zərərçəkmiş Ramidə İbrahimova Bakıdakı poliknikaların birində baş həkim işlədiyini deyib. O bildirib ki, Hikmət Nəcəfli ona zəng edərək görüşmək istədiyini deyib: "Qəzetlərində mənim haqda yazılar yazıldı. Sonra Səhiyyə Nazirliyindən yoxlama aparıldı. Mən "Nəşriyyat"a getdim. Orada Hikmət və Surxayla görüşdüm. 2000 manat istədi, 500 verdim. Dedim ki, həyat yoldaşın üçün hədiyyə alarsan. Bir qədər sonra yenə yazılar getdi. Bu dəfə isə 200 manat verdim".

Zərərçəkmiş Qəşəngül Musayeva deyib ki, kitab nəşriyyatının rəhbəri olub: "Surxay zəng edib kitab çıxarmaq istədiyini dedi. Sonra Hikmət zəng edib məndən şikayətlər olduğunu, buna görə qəzetində yazı yazacağını bildirdi, pul istədi. Dedim ki, "yazın". Barəmdə yazı çıxandan sonra ona 400 manat verdim".

Həmkarlar İttifaqları Komitəsinin Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev də zərərçəkdir. O deyib ki, S.Əliyev barəsində şantaj xarakterli yazılar yazılacağını deyib: "Surxay mənə dedi ki, sizin barənizdə faktlar var. Amma heç nə tələb etmədi. Nömrəsini verdi ki, mətbuatla bağlı nəsə olsa zəng edim. Bir neçə gün sonra mənə zənglər gəldi. Barəmdə yazılar yazılacağını dedilər. Mən də Surxaya zəng elədim ki, belə bir məsələ var. Surxay da kömək edəcəyini dedi. Əvvəlcə həmin adamların 2-5 min istədiyini dedi. Amma 600 manata razılaşdılar. Gülbəniz yanıma gəldi. İki dəfəyə verə biləcəyimi dedim. 300 manat olmaqla iki dəfə pul verdim".

Surxay Əliyev isə deyib ki, Fikrət Nuriyevə qarşılıqsız kömək edib "Fikrət Gülbənizə hörmət etmək üçün pul verib".

Xırdalan qəsəbəsində dövlət baxçasının müdiri Könül İbrahimova deyib ki, Hikmət Nəcəfli ona zəng edərək şantaj edib və bağçanın fəaliyyəti ilə bağlı yazılar yazacaqlarını deyib: "Mən də əsəbləşdim. Dedim ki, nə edirsənsə elə. Sonra Surxay zəng elədi. Mənimlə mülayim və mədəni şəkildə danışmağa başladı.

Bir gün sonra mən işdə olmayanda bir qadın gəlib mənlə görüşmək istədiyini deyib. Onunla telefonla danışdım. Dedi sizin bağçada rüşvət alınması ilə bağlı video var. Məni Nəşriyyata dəvət etdi. Bildim ki, həmin xanım Gülbəniz Əliyevadır.

Həqiqətən də, video var idi ki, bizim metodistimiz valideynə deyib ki, 300 manat verməsə, bağçaya uşaq götürməyəcəklər. Mən dedim ki, metodist fərdi şəxsdir. O da mənə dedi ki, metodist fərdi şəxs olsa da bu söhbət bağçanın nüfuzuna xələl gətirəcək. Mən də bunu düşünüb nəşriyyata getdim. Həmin videonu məni satacaqdılar. Nəşriyyatda Gülbənizlə görüşdüm. 500 manat istədi. Əli ilə 5 göstərdi. Birinci soruşdum ki, 50 manat? Dedi ki, 50 yox, 500 manat. Mən də verdim. Amma videonu vermədi".

Proses martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, adıçəkilən şəxslər qadınları əvvəlcədən müəyyən edilmiş şəxslərlə görüşdürərək bu anı gizli videolentə alıblar. Sonra isə həmin materiallardan şantaj məqdəsi ilə istifadə edərək şəxslərdən külli miqdarda pul alıblar. Fakt üzrə başlanan cinayət işinə "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.

S.Məmmədsalayeva bu cinayət işindən öncə hədə-qorxu ilə tələb etmədə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 20 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233