Əməkdar artistimizin ailəsini atıb "cükküldəşdiyi" aktrisa görün kim imiş - FOTO

Əməkdar artistimizin ailəsini atıb "cükküldəşdiyi" aktrisa görün kim imiş - FOTOAparıcı Vüsalə Kərimovanın valideynlərini ayırmaqda ittiham etdiyi aktrisanın kimliyi məlum olub.

Ölkə.az-ın əldə etdiyi məlumata görə, bu, uzun müddət Mingəçevir Dövlət Dram Teatrında çalışmış aktrisa Aliyə Mikayılovadır. Bildirilir ki, V.Kərimov Aliyə Mikayılova ilə sözügedən teatrda çalışarkən tanış olublar. Həmin vaxt V.Kərimovun 26, A.Kərimovanın 38 yaşı olub. Mənbə bildirir ki, cütlüyün bu nikahdan bir övladı var:

"Onlar evlənəndə Aliyə Mikayılovanın ilk nikahından bir oğlu, bir qızı var idi. Hazırda həmin uşaqlar Rusiyada yaşayırlar. Aliyə Mikayılova ilə Vaqif Kərimovun isə Gülnarə adlı qız övladları var".

Qeyd edək ki, bir müddət öncə İrəvan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Vaqif Kərimovun səhhətində problem yaranıb. Aktyorun qızı, aparıcı Vüsalə Kərimova isə onu atasına baş çəkməməkdə ittiham edənlərə belə cavab vermişdi:

"Kimlər bilir, nələr çəkdim?! Bilmədən yarğılamaq sizə çox asandır! Qarşınızda həmişə dik durdum deyə, heç qırılmadımmı sandınız? Özümü anladacaq kəlmələrim olmayınca susaram mən… içdən, bir sükutla, sadəcə, susaram… İllərlə susdum! Amma bu dəfə məni hayqırmağa məcbur etdiniz! Ağzıgöyçəklər, sizədir sözüm! Mən 40 il atasız böyüyəndə, ata nədir bilməyəndə, ata nəvazişi görməyəndə, ata çörəyi yeməyəndə heç demədiniz niyə belə? İndi Vaqif Kərimovun xəstələnməyi sizdə hisslər oyadıb? Amma deyim, biləsiniz, o hisslər məndə heç olmadı ki, bu gün də ölsün! Yadımdadır, uşaq vaxtı kimsə xətrimə dəyəndə, babam görməsin deyə evimizin arxasındakı bağçada ağacları qucaqlayıb, zülüm-zülüm ağlayırdım, ata deyib qışqırırdım…

Elə bilirdim, gəlsə, heç dərdim olmayacaq. Halbuki, babam məni əl üstə saxlayıb. Çünki mən ana babamın evində dünyaya gəlmişəm. Amma içimdə bu yaşıma qədər bir boşluq var, heç vaxt dolmayacaq. Siz ata çiyni nədir bilirsiniz? Amma mən bilmirəm, çünki ora heç vaxt başımı qoymadım!
Mən ata deyib, göz yaşı tökəndə həmin sizin bu gün məni çarmıxa çəkdiyiniz insan "cükküldəşdiyi" aktrisa yoldaşından dünyaya gələn, məndən doqquz ay kiçik qızına və arvadının birinci ərindən olan uşaqlarına atalıq edirdi!

Mən günahkar idim ki, onun vasitəsilə dünyaya gəlmişəm? Nə haqqınız var məni günahlandırmağa? Nə haqqınız var adını adıma bağlamağa? Mənim oğlum 17 yaşına gəldi, amma Vaqif Kərimovun onun babası olduğunu bilmədi!

Sayənizdə artıq biləcək! Oğlum mənə deyəndə ki, ana şəxsiyyət vəsiqəndə atanın adı səhv yazılıb, başını qatdım, cavabdan qaçdım. Çünki deyə bilmədim, atam məni atdı, atam məni istəmədi, istənilmədən dünyaya gəldim… Bunu deməyə özümü hazır bilmədim heç vaxt, oğluma travma verə bilmədim… Amma siz nə etdiniz?"

Aliyə Mikayılovanın Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çəkilmiş fotosunu təqdim edirik:
Əməkdar artistimizin ailəsini atıb "cükküldəşdiyi" aktrisa görün kim imiş - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2302   Tarix: 16 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tanınmış aparıcı Aytən Səfərova işdən çıxarılıb?

Tanınmış aparıcı Aytən Səfərovanın işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda istintaq davam etdiyi üçün aparıcının işə geri dönməsinin məqbul sayılmadığı, onun işdən çıxarıldığı iddia olunub. -ın əldə etdiyi məlumata görə, Aytən Səfərova işdən çıxarılmayıb. Hazırda işdə olmamasını

10.05.2024 673
.

Paşinyan Moskvada səfərdədir

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya gedib. BİG.AZ xəbər verir ki, Paşinyanın təyyarəsi artıq Moskvadadır. Səfər zamanı Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır

08.05.2024 362
.

"Başqalarının həyatını sosial şəbəkədə gördüyünüz kimi rəngli və asan zənn etməyin"- Demet Özdemir

"Başqalarının həyatını sosial şəbəkədə gördüyünüz kimi rəngli və asan zənn etməyin". xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Demet Özdemir deyib. "Xəyal qurun. Sevdiyiniz iş üçün əlinizdən gələn hər şeyi edin,çox çalışın" ,- deyə o əlavə edib

08.05.2024 618
.

Qızı Alla Puqaçovanın bağışladığı evi satır

Son zamanlar ABŞ-da yaşayan Kristina Orbakayte Rusiyaya qayıtmaq qərarı alıb. Axşam.az xəbər verir ki, bu haqda "Mash" məlumat yayıb. Sənətçi vətənində silsilə konsertlər verməyi planlaşdırır. Eyni zamanda, iyunun 1-də Kreml sarayında keçiriləcək Uşaqlar Günü şərəfinə festivala qatılacaq. Qayıtmağı

09.05.2024 338
.

Afraya mükafat verdi, görüntülər müzakirə yaratdı - Video

"Yalı Çapkını" serialında "Seyran" obrazına həyat verən aktrisa Afra Saraçoğlu Okan Universitetinin təşkil etdiyi mərasimə qatılıb. Axşam.az xəbər verir ki, aktrisa tədbirdə "İlin ən yaxşı aktrisası" mükafatına layiq görülüb. Səhnədə Afraya 3 mükafat təqdim edən yaşlı kişini

10.05.2024 668
.

Talıb Talenin toyudur

Müğənni Talıb Tale evlənməyə hazırlaşır. -ın əldə etdiyi məlumata görə, ifaçı Bahar adlı xanımla ailə həyatı qurur. Onların toyu 25 may tarixində şəhər restoranlarının birində baş tutacaq. Qeyd edək ki, 43 yaşlı müğənni bir müddət öncə evlənəcəyi qadının özündən 15 yaş kiçik olduğunu söyləmişdi

09.05.2024 1635
.

Alişan Özcan Deniz və Mahsun Kırmızıgül ilə küsülüdür?

Müğənni Alişan Özcan Deniz və Mahsun Kırmızıgül ilə küsülü olması ilə bağlı iddialara cavab verib. xəbər verir ki, o, küsülü olmadığını deyib. "Dostluğumuz davam edir. Əvvəlki kimi deyilik, amma küsülü də deyilik" ,- deyə o cavab verib

10.05.2024 190
.

Castin Biber ata olacaq

Müğənni Castin Biber ata olacaq. Axşam.az xəbər verir ki, ifaçnın model həyat yoldaşı Heyli Biber hamilədir. Castin bu barədə sosial şəbəkədə fotolar paylaşaraq məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl Heyli ilə Castinin ayrıldığı, hətta boşanacaqları iddia olunmuşdu

10.05.2024 372
.

"Deyirdilər ki, nazir qızıyam"

"Deyirdilər ailə qurub, Amerikada yaşayır, iki oğlu var. Hətta yazırdılar ki, böyük oğlu əsgər gedib". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xəyalə Manaflı "Elgizlə izlə" verilişində deyib. Bir müddət əvvəl ailə quran ifaçı haqqında yayılan şayiələrdən danışıb:. "Bir ar

10.05.2024 1130