"Android Erası 2" yarışmasının açılış mərasimi keçiriləcək!

"Android Erası 2" yarışmasının açılış mərasimi keçiriləcək!

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan Hackathon Azərbaycan’nın "Android Erası 2" müsabiqəsinə start verilib. 15-23 Mart tarixləri arasında davam edən qeydiyyat mərhələsi artıq başa çatıb. 124 müraciətdən, 86 nəfər yarışmada iştirak hüququ qazanıb.

Sabah, 25 Mart 2012-ci il tarixində, saat 10:30-da Xəzər Universitetində ( Neftçilər kampusunda) "Android Erası 2" yarışmasının açılış mərasimi keçiriləcək. Tədbirdə yarışma barədə ətraflı informasiya, müsabiqədə iştirak şərtləri, Android platformasından gəlir əldə etmək imkanları, ən çox tələbat duyulan mobil proqramlar barədə məlumatlar veriləcək.

Bundan əlavə, müsabiqənin baş sponsoru Samsung tərəfindən xüsusi olaraq həyata keçirilən, bütün Android həvəskarları üçün açıq olan "Eurovision" və "EuroCUP" yarışları haqqında da geniş məlumat təqdim olunacaq.

Qeyd edək ki, "Android Erası 2" yarışması Samsung’un baş sponsorluğu ilə həyata keçirilir. Müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.

Yarışma müddətində 50-dən çox Application (tətbiqi proqram) yazılışı nəzərdə tutulur. Burada məqsəd Azərbaycan dilində olan proqramların sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.

Müsabiqənin təşkilati dəstəkçiləri Baku Google Technology User Group və "İlk addımlar" layihəsidir.

Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur. Təqdim olunacaq hədiyyələr bunlardır:

I yer – Samsung Galaxy Note
II yer – Samsung Galaxy Nexus
III yer – Samsung Galaxy S II

Bununla yanaşı müsabiqənin baş sponsoru olan "Samsung" şirkəti tərəfindən, əlavə olaraq Eurovision və EuroCUP qaliblərinə Samsung Galaxy Tab 10.1 hədiyyə ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1504   Tarix: 24 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 861
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 431
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 786
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 440
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 188
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 354
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 155
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 611
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 283