Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı

Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən uzaqlaşdırıldı

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.

BiG.AZ xəbər verir ki, report-un əldə etdiyi məlumata görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.

Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib.

Xatırladaq ki, Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 501 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər