"Qarabağda irimiqyaslı müharibə gözlənilir"

"Qarabağda irimiqyaslı müharibə gözlənilir"

Azərbaycan və Ermənistan arasında qarşıdurma 2018-ci ildə genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər.

BiG.AZ "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Deniel Kouts çıxış edib.

MKİ direktoru Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışıb. O, digər məsələlərlə yanaşı Dağlıq Qarabağ probleminı də toxunaraq, tərəflərdən heç birinin güzəştə getmədiyini vurğulayıb.

Deniel Kouts hesab edir ki, Azərbaycanın stabil şəkildə hərbi modernləşmə aparması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.

MKİ direktoru iddia edib ki, Rusiya postsovet məkanında öz təsirini daha da genişləndirəcək.

Qeyd edək ki, 2017-ci il martın 16-da MKİ direktoru təyin edilən Deniel Kouts ötən ilki hesabatında da Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyat başlaya biləcəyi qeyd olunmuşdu.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1091 Tarix: 14.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 14.02.2018
görək də axırı nə olur
Dalğaların arasında qərq olub yetim qalmış damcılarla məhv olmaq kimi idi bu.


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər