Mason müdafiəçisindən ilginc müsahibə: "Masonluq xaosun qəti əleyhdarıdır"

Mason müdafiəçisindən ilginc müsahibə: "Masonluq xaosun qəti əleyhdarıdır"

Samir Zeynalov: “Masonlar üçün ailə ən böyük dəyərdir”

Bir neçə həftə öncə sosial şəbəkələrdə guya , öldürülən masonun ölümündən öncə səs yazısı paylaşıldı. Səs yazısında danışan həmin şəxs əcnəbi olduğunu və Azərbaycana müəyyən planların həyata keçirilməsi üçün gəldiyini bəyan edirdi. Ümumiyyətlə, müsəlman ölkələrində masonlar haqqında müxtəlif ağlagəlməz əhvalatlar uydurulur və dünyada baş verən bütün hadisələrdə nədənsə, məhz masonlar günahkar hesab edilir.

BiG.AZ -ın həmsöhbəti bu dəfə masonları müdafiə edən, onları cəmiyyət üçün bir zərurət olduğunu ön plana çıxaran, araşdıran Samir Zeynalov oldu. “Şüa Gənclər Hərəkatı”na rəhbərlik edən S.Zeynalova görə insanlar masonları dərk edə bilmir: “Masonluq sadəcə, müəyyən şəxslər üçün diqqət cəlb etmə vasitəsidir və uzun illərdir bu istiqamətdə piarlar davam edir. Masonlar heç kimi üzv olmağa dəvət etmir. Üzvlük fərdi və könüllü qaydadadır. Masonluq rəsmən orta əsrlərdə təşəkkül tapmış sənətkar birliklərin, intiligentlərin, siyasi xadimlərin, musiqiçilərin- bir sözlə azad insanların mütəşəkilləşdirdiyi qlobal statuslu ezoterik fəlsəfi-etik hərəkatdır. Yer üzündə mövcudluğu uzun illərin xronikasına, uzun illər əvvəl baş vermiş hadisələrin gerçək mahiyyətinə söykənsə də və həmçinin operativ şəkildə Avropada renesans ərəfəsində təşəkkülə qovuşsa da, rəsmi təməl tarixi 1717-ci il 24 iyundan başlayır. Təsis tarixindən 6 il sonra İngiltərə Böyük Mason Lojasının üzvü Ceyms Anderson tərəfindən bir masonun fəaliyyət normativliyinə dair müddəaları ifadə edən nizamnamə qəbul edilmişdir. Elə masonluğu rəsmiyyətləşdirən onun bəlli bir normativ qaydalar və davranış etiketlərini müəyyən edən nizamnaməsi olmuşdur. Lakin biz operativ masonluğun tarixinə diqqət yetirdiyimiz zaman yəni intilegensiya mənsublarının masonluğa daxil oluşuna qədər olan müddətdə sənətkarlardan ibarət mason təşkilatlarında yazılı qaydaların mövcud olmadığını, yalnız usta köməkçiləri qarşısında ustalar tərəfindən peşə sirlərinin mühafizəsi ilə bağlı tələblərin qoyulduğu görmüş oluruq. Qeyd edim ki, mason təşkilatlarına elm adamlarının, siyasi xadimlərin, musiqiçilərin, yazıçıların daxil oluşundan sonra operativ masonluq spekulyativ masonluğa çevrilmişdir. Məhz spekulyativ masonluğun formalaşamasında rol oynayan aydınların sayəsində fiziki əməyin zehni əməklə vəhdətindən irəli gələn mənəvi-etik, fəlsəfi və elmi dəyəri kompanetlərin sistematikliyi təmin olunaraq təşkilatlanmanın işi postmodern düşüncə tərzində müəyyən edilmişdir.Masonluq spekulyativləşdikdən sonra tərtib edilən bir masonun fəaliyyət və yaşam həyatına dair kredosunu müəyyən edən nizamnamə masonluğun dünyaya və insan həyatına baxışının ideyaloji fəlsəfi əsaslarını meydana gətirdi. Lakin intiliqent mason mənsublar ənənəvi masonluğun irəli sürdüyü dəyərlərdən imtina etməyə dair təşəbbüsdə görsənmədilər. Bununla da masonluğun tarixin axarında rolu və zərurəti müəyyənləşmiş oldu”.

Mason müdafiəçisindən ilginc müsahibə: "Masonluq xaosun qəti əleyhdarıdır"

- Masonların məqsədir nədir?

- Masonluq mahiyyəti etibarı ilə insanlar arasında sevgini, vicdanı, qardaş olmağı, cəsarəti, sülhü təlqin etməyi, bu təlqini özfəaliyyətləri ilə nümunəyə çevirməyi məqsədləşdirən qlobal statuslu tarixi zərurətdir. Qətiyyən heç bir dinə alternativ olmaq niyyəti ilə fikirlər yürütməmək, xaosa yol açan lokal və qlobal xarakterli fəaliyyətlər daxilində olmamaq və bu fəaliyyətləri dəstəkləməmək, mövcud olduqları cəmiyyətidə yüksək əxlaqa, sağlam və qeyri-standart düşüncəyə, sağlam və sarılmaz iradəyə, sağlam və saf mənəviyyata sahib olmaq və ən əsası elmli olmaq, kainatın ulu memarına sədaqətlə inanmaq, serkulyar fikirlərə sahiblik etmək bir masonun bu ada layiqliyini təsbit edən normativ dəyərlərdir. Bu üzdən masonların şeytana sitayişi, ateist-materialist fəlsəfəyə görə heç bir fövqəl gücə inanmaması, insanlıq üçün yüksək zərər ehtiva edən fəaliyyətlərdə olması kimi kortəbii fikirlər absurddur və fikirimcə bu spesifik absurdizim tendesiyasının qayəsində masonluğa qarşı idraki, şüuru və düşüncəsi aydınlıqdan məhrum olmuş fikir mərkəzlərinin uzun illərə dayanan sui-qəsd nəzəriyyəsi dayanır. Masonluğa qarşı irəli sürülən mühakimələrin təkzibi haqqında haqlı olmanın təsdiqi ilə bağlı dinlərin tarixi təkamül və qlobal inteqrasiya prosesinə diqqət yetirsək görərik ki, bu istiqamətdə fiziki qarşıdurmalar, insan həyatlarına son verən müharibələr, zorakılıqlar, insan azadlığını məhdudlaşdıran doqmatik fikirlər, məcburiyyətlər gerçəklik olmuşdur. Lakin masonluq bu neqativ faktlara yol verən subyektlərə görə dini dəyərləri istər ayrılıqda, istərsə də ümumilikdə qınamağı qəbul edən mövqeyi dəstəkləmir. Amma bu günkü yaşam gerçəkliyimizdə o da faktdır ki, ali dini subyektlər səviyyəsində münasibətlərin kökündə böhranlı ziddiyyətlər var. Masonluqda isə heç bir insana mənsub olduğu dinə görə ayrı-seçkilik tətbiq edilmir. Bu hərəkatının tərkibində bütün dinin nümayəndələri arasında sağlam dialoq mühiti mövcuddur. Lojalarda Qurani-Kərimə, İncilə, Zəbura, Tövrata rast gəlmək masonluq üçün adi haldır. Buna baxmayaraq masonluq davamlı olaraq, masonluğun mahiyyətini irrasional şəkildə dərk edən müxtəlif dini kəsimin nümayəndələrinin tənqidinə, təhqirinə hədəf olur. Lakin bu absurd mühakimələrin havaya bənzər statusu masonluqla bağlı gerçəkliklərlə isbat olunub. Biz tarixən belə mühakimələrlə masonların ölümə belə məhkum edildiyi, mason lojalarının müxtəlif vaxtlarda bağlanışı və masonların təqib edilərək həbs olunması kimi faktlarla tanışıq. 1935-ci ildə Türkiyədə dünya tarixində ilk dəfə olaraq mason lojalarının bağlanılması haqqında qərar qəbul edildi. Yalnız Türkiyədə Demokratik Partiyanın hakimiyyəti dönəmində bu yuxu dönəmi aradan qalxmış və lojalar aktiv şəkildə yenidən fəaliyyətə başlamışdır. Bütün mühakimə və sterotip fikirlərə baxmayaraq masonların yer üzündə yalnız mütərəqqi fəaliyyətlərlə, bəşəriyyət üçün fayda bəxş edən yeniliklərlə yadda qalmağı bacardıqları sirr olmasa da şübhəsiz ki, masonluğun böhtanlarla qaralanması məqsədli olan münbit hədəfdir. Təkcə onu qeyd etmək lazımdır ki, masonlar bu gün dünyanın fövqəl dövlətlərindən olan Amerika Birləşmiş Ştatlarının qurucuları, bu ölkənin tarixi inkişafı və insanların yaşamı ilə bağlı nizamın sahibləridirlər.
Asanlıq və məsuliyyətlə sadaladığım əsaslı fikirlərimə əsasən demək istəyirəm ki, masonlar qırmağın, məhv etməyin, öldürməyin deyil, qurmağın, insanların fərdi xoşbəxtliyinin, insanlar arasında qarşılıqlı sevginin iqtidar olmasının tərəfdarıdır. Amma insan mürrəkkəb və yaşadığı mühitin formal və qeyri-formal sosial şərtlərinə görə düşüncə və xarakter müxtəlifliyi əmələ gətirən bir varlıqdır. Zaman-zaman yaşadığımız sosial coğrafiyada insanlar arasında görünməsi təsəvvür edilməyən hadisələr məhz bu səbəbdən mövcud olmaqdadır və nizamsızlıqdan nizam xatirinə heç kim dərs çıxarmaq istəmir. Biz bu yaxınlarda masonlara qarşı mahiyyət etibarı ilə ənənəvi, lakin bir ilk olan sosial tərkibli yeni sui-qəsd faktının şahidi olduq.

Mason müdafiəçisindən ilginc müsahibə: "Masonluq xaosun qəti əleyhdarıdır"

-Yəqin ki, yayılan səs yazısını siz də dinləmisiniz. Buna münasibətinizi bilmək istərdik.

- Yayılan xəbərin məğzi bir masonun Azərbaycanla bağlı ona fərdi olaraq verilən tapşırıqların ağlasığmazlığı, ümumən masonların bu günə qədər Azərbaycanda nail olmaq istədikləri sosial yaşamın əsaslarını dağıdan fəaliyyət məqsədləri və bütün bunların çərçivəsində şübhə duyulan masonun ölümü ilə bağlıdır. İlk öncə onu qeyd edim ki, bu günə qədər tarixdə hansısa bir masonun masonluğun dərin sirrləri ilə bağlı açıqlmasına görə ölümü haqqında fakt yoxdur. Hazırlananan audio-video xəbər sadəcə olaraq masonluqla diqqət cəlb etmək istəyən diletant funksionerlərin yeni və hətta qeyri-peşəkarcasına hazırladığı təəssüfləndirici və gülməli materialdır. Masonluğun məqsədi formalaşmış ənənəvi fikirlər kompleksinə görə həqiqətən cəmiyyətlər daxilində nizamsızlıqlar yaratmaq, əxlaqsızlığı təbliğ etmək, lokal münaqişə subyetlərinə dəstək vermək, ailələrin dağılmasına içdən köklənmək kimi bir məqsədləri və ən əsası dünyanın bir mərkəzdən, paytaxtı vahid olan bir ölkədən idarə edilməsi kimi konsepsiyaları olsa idi, heç şübhəsiz bu tədricən olsa da belə çoxdan gerçəkləşərdi. Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlətdir və bu dövlətin vətəndaşları da azad həyata sahibdirlər. Kimin bir başqasının həyatına zərər vurmayana qədər fəaliyyətdə olmasını heç kim, heç bir qüvvə tənzimləmir və birmənalı olaraq şəxsi həyatlara müdaxilə hüquq və mənəviyyatla qadağandır. Həmin sensassion xarakterli xəbərdə qeyd edildiyi kimi əxlaqsızlığın təbliği məqsədə çatmaq baxımından meyar olsa idi, bu gün Azərbaycanda sosial sferanın mövqeyinə zidd olsa belə faişəlik leqallaşar, ənənəvi olaraq homoseksualların paradı təşkil edilər, pornoqrafik filmlərin çəkilişinə başqa ölkələrdə olduğu kimi şərait yaradılardı. Həmçinin dinlər arasında ziddiyyətlərin dərinləşməsinə, saxtkar dini alimlərin təqdimatına önəm göstəriləsə idi, bu gün Azərbaycan multikulturalizmin beyin mərkəzi sayılmaz, bütün dinlərin azad və mütəşəkil inkişaf mövcudluğu təqdirəlayiq gerçəklik olmazdı. Göründüyü kimi yayılan xəbər sadəcə, spekulyasiya xarakaterlidir və bir başa olaraq diqqət cəlb etmək naminə sərf edilən diletant əməyin masonluqla bağlı qeyri-peşəkar nəticəsidir. Həmçinin əsas etibarı ilə sosial infrastrukturlarda və bir çox diqqət mərkəzində olan obyektlərdə əks olunan göz, üçbucaq və bu kimi klassik mason simvolları ilə oxşarlıq və yaxud qismən eyniyyət təşkil edən mənzərələri mason təşkilatlarının sifarişinə bağlamaq düzgün deyil. Olsa belə bundan cəmiyyətə keyfiyyətindən aslı olmayaraq bir zərərin ifrazı haqqında aparılan söhbət həqiqətə uyğun olmaz və bu gün mövqeyindən aslı olmayaraq mövcud həqiqət hər kəsə tanışdır. Bir çox yerlərdə pramida formalı infrasturkturlar mövcuddur. Lakin bundan istərsə bu mövcudluqda mason izi olsun, istərsə olmasın ,cəmiyyətin fiziki və ya mənəvi zərər görmədiyi bəlli gerçəklikdir. 4. Masonların satanizim kimi mistik və ən əsası insanlığa düşmən olan ideyalara rəğbət bəsləməsi, mənfur dünyagörüşünü mühafizə etməsi, şeytana sitayiş kimi fikirlər uzun illərdir mövcud olmaqda qalır və masonluğa qarşı bu yanaşma sabit statusa malik olmaqla sui-qəsd nəzəriyyəsinin başlıca əsasını təşkil edir. Masonların şeytana ibadət etməsi, keçi qanı içmələri kimi rituallar həyata keçirməsinə dair önə sürülən qeyri-formal mülahizələr həqiqəti əks etdirmir. Masonlar fəaliyyətləri qanun və mənəviyyat tərəfindən rədd edilən bəzi dini sektalar kimi maddi və mənəvi olaraq çirkaba sürükləyən təbliğatlardan belə uzaqdır. Əvvəldə qeyd etdiyim kimi insan həyatın antropoloji struktruna görə ən mürəkkəb varlığıdır. İnsan tərəfindən həyata keçən ağlasığmaz əməllər, ağlasığmaz və dəhşətli cinayət əməlləri, cəhalət və nifrətə meyillilik sadəcə sosial-psixoloji fenomendir və nəticələrinə görə profilaktik radikal tədbirlər tələb edən faktlardır. Şübhəsiz ki, masonluq özünün humansit əxlaq nəzəriyyəsinə görə insanın ağır şəkildə qaranlığa məhkumiyyətinin əlehinədir və cəmiyyətin sosial dayaqlarını məhv etməyə yönəlik bütün anti-sosial addımlara qarşıdır.

Mason müdafiəçisindən ilginc müsahibə: "Masonluq xaosun qəti əleyhdarıdır"

- Deyilənə görə qadınların mason olma şansı çox azdır.

- Masonluğa qadınların qəbulu ilə bağlı formalaşmış vahid qaydalar toplusu hazırki vəziyyət baxımından mövcud deyil. Amma birmənalı olaraq qeyd edilməldir ki, operativ masonluqdan spekulyativ masonluğa qədər qadınlar masonluq daxilində yer almayıb. Yalnız XX-ci əsrin əvvələrindən etibarən qadınların mason olması faktına rast gəlmək mümkündür. Lakin bu fakt lokal xarakterə malikdir. Amerikada masonluğa qadınlar qəbul edilməsə də, qadınların mason lojası yaratmalarına dair icazə olmasa da Avropda qeyd edilənlərin əksi mövcuddur. Qadınların masonluğa qəbulu ilə bağlı gerçəkliyin başlanğıcı İngiltərədə təşəkkül tapmışdır. Bu gün ümumi olaraq Birləşmiş Krallıqda 4700 qadın mason mövcuddur. Qadın masonlarla bağlı bu gün gerçək və açıq faktlardan biri də məhz qardaş Türkiyədə mövcuddur. Türkiyədə bu gün 1991-ci ildə əsası qoyulmuş "Qadın Böyük Mason Lojası" fəaliyyət göstərir. Bu gün bu lojanın aktiv olaraq 1803 qadın üzvü var. Lojanın hazırda rəhbəri, böyük ustadı xanım Güldərən Atılgandır. Həmçinin biz bu sırada böyük üstadlar olmuş Güvən Timurkan, Feryal Kutulay, Mehtap İncə kimi qadın masonları qeyd edə bilərik. Nəticə etibarı ilə onu deyim ki, qadınların masonluğa qəbulu ilə bağlı qlobal xarakterli pozitiv qaydalar mövcud olmasa da, lokal xarakterli gerçəklik öz mövcudiyyətini bu baxımdan qoruyub saxlayır.

Mason müdafiəçisindən ilginc müsahibə: "Masonluq xaosun qəti əleyhdarıdır"

- Masonların dünyaya , siyasi proseslərə təsiri məsələsi həqiqətdirmi?

- Zaman və məkan amilindən aslı olmayaraq məsuliyyətlə qeyd edə bilərəm ki, masonların insan taleləri, dünyanın siyasi və iqtisadi yöndən idarəçiliyi kimi maddi məfhumlara neqativ təsiri haqqında qeyd edilənlər sadəcə uydurmadır. Şübhəsiz ki, masonların fəaliyyət dairəsi məhdud deyil. İstər siyasətdə, istər iqtisadiyyatda və istərsə də digər sahələrdə dünyaca məhşur olan masonlar var. Amma bütövlükdə masonluq daxilində nə siyasət, nə də ki, xüsusilə din müzakirə predmeti olmur. Masonluq üzvlərinə pis vərdişlərdən daima uzaq olmağı, kamilliyi, dünyəviliyi, dürüst və səmimi olmağı, yardımsevər, vicdanlı və sevgi dolu olmağı aşılayır. Belə bir qlobal statuslu əsrlərin qanlı və ağır sınqlarından çıxmış təşkilatın mövcudiyyəti şübhəsiz ki, vacibdir. Yeni dünya nizamı mahiyyəti etibarı ilə müharibəsiz, səfalətsiz, sevginin sabit olduğu dünyanın mövcudluğunu və bu mövcudluğun insanlıq adına vacibliyini təlqin edir. Yaşadığımız Azərbaycan ictimai-siyasi, sosial və mədəni vəziyyətinə görə masonluğun məqsədlərinin gerçəkliyi baxımından nümunəvi ölkədir. Çünki burda heç bir ölkədə olmayan multikulturalizm atmosferi var və sevindiricidir ki, multikulturalizm kimi önəmli və reallaşması tarixi təkamül və çətinlik ehtiva edən dəyər bu gün Azərbaycanda dövlət səviyyəsində dəstəklənir. Masonluq bu gün ölkəmizdə mövcud olan bu sabitlik və multietnik yaşamın reallığını səmimi qəlbdən dəstəkləyir, cəmiyyətimizdə hər zaman xeyirxah, kamil düşüncəli, intelektual fərdlərin çoxalmasını arzu edir. Belə bir sağlam istəklə silahlanmış həmrəy düşüncə etalonuna qarşı hər zaman ön mühakimələr, uydurmalardan qidalanan sterotiplər mövcud olmuş və olacaqdır da. Çünki mənfur məqsədlərə çatmaq üçün sevgi və bilik ən böyük əngəldir. Masonluq üçün ailə böyük dəyərdir və şübhəsiz ki, sağlam cəmiyyətin əsasını sağlam fərdlərdən təşkil olmuş ailələr formalaşdırır. Qəti şəkildə masonlar ailələrin dağılmasının, sosial gərginliklərin bu istiqamətdə aktivləşməsinin, ailə daxili münaqişələrin ağır nəticələrə yol açmasının tərəfdarı deyil və bu gün aşkardır ki, bu neqativ hallardan kifayət qədər yararlanan qaranlıq sahibləri var. Bu baxımdan mənim rəhbəri olduğum və əsası 2017-ci ilin dekabr ayının 13-də qoyulmuş Şüa Gənclər Hərəkatı ilk növbədə cəmiyyətimizin mövcudiyyət mənbəyi olan ailə dəyərinin mühafizəsi, ailə-məişət problemlərinin tədricən azalması, risk faktorlarının müəyyən edilməsi, ailələrin ictimai müstəvidə maarifləndirilməsi, fərdlərin münaqişələrdən çəkindirilməsi istiqamətində fasiləsiz işlər aparacaq. Nəticə etibarı ilə onu qeyd edim ki, masonluq cəmiyyətimizdə və dünyada baş verən müxtəlif tərkibli neqativ halların və xaosun qatı əlehdarıdır və fərdlərin optimizmə bütöv düşüncə halında həssaslığı ən böyük və alternativi olmayan istəyimizdir. Bu barədə müəllifi olduğum "Optimist Baxış Bucağı" adlı 193 səhifəlik kitabım yaxın zamanlar da ictimaiyyətə təqdim olunacaq.

NÜŞABƏ


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Müsahibə Oxunub: 1425 Tarix: 10.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Farqilit
Farqilit 13.02.2018
Buyurun! Sizden de!


 
olmus_arzular
olmus_arzular 12.02.2018
Etrafli melumatcun tesekkurler
Allah razi olsun


 
Farqilit
Farqilit 10.02.2018
Mason benna demekdi. Yehudilerin yaratdigi bir cemiyyetdiki 13 aile idare edir esas. Lee ailesi Rolfeller ailesi meselen. En boyukleri Rotwild ailesi sayilir ki servetleri dunya servetlerinin yarisina beraberdi. Dunyadaki muharibeleri xaosu acligi xestelikleri ve s. bunlar yaradir ve pul qazanillar. Ele cox uzaga getmek lazim deyil youtubda Turkiyenin kecmiw prezidenti Necmettin Erbakan baxin onlar haqqinda ne daniwir


 
olmus_arzular
olmus_arzular 10.02.2018
Masson ne demekdiki?? men hec bilmirem o sozun menasi nedi


 
Farqilit
Farqilit 10.02.2018
E get bu nagillari oz herekatindaki insanlara daniw. Guya camaat bilmir ki masonluq nedi?! Masonlugu yaradan da yehudilerdi. Get Corc Armstronqun "Pul imperatorlugu- Derin Yehudi Dovleti" kitabini oxu


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər