Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susur

Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susurAzərbaycana gətirilən kərə yağı üçün gömrük idxal rüsumunun 3 dəfə azaldılması barədə qərar idxalçılardan çox istehlakçıları sevindirmişdi. Hər kəs kərə yağının ucuzlaşacağından danışırdı. Qeyd edək ki, ötən ilin noyabr ayında verilmiş bu qərar dekabrın 7-dən qüvvədədir və 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.

Yeni qərara qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Yeni qərara əsasən bu malların idxal gömrük rüsumu dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və ya 3 dəfə azaldılıb. Bəs görəsən, bu azalma kərə yağlarının qiymətində özünü necə göstərməli idi?

Bir aydan artıq vaxt keçsə də, kərə yağlarının qiymətində ucuzlaşma müşahidə edilmir. Bunun səbəblərini araşdırmaq üçün paytaxtın ən böyük marketlər şəbəkəsinə baş çəkdik.

"Bazarstore" supermarketində kərə yağının qiymətləri, elə həmişəki kimi, od tutub yanırdı. Satıcıların dediyinə görə, bəzi yerlərdə kərə yağlarının qiymətində ucuzlaşma olsa da, son bir ayda "Bazarstore"da ucuzlaşma qeydə alınmayıb.

Yeri gəlmişkən, alıcılar qiymətlərdən narazıdır. Bakı sakini Fərhad Quliyev Lent.az-ın əməkdaşı ilə söhbətində belə deyib: "Ötən ay televizorda dedilər, kərə yağının qiyməti ucuzlaşacaq. Bəs hanı? Nə vaxt gəlirik, eyni qiymətdir. Hətta bəzi yağların qiyməti artıb ki, azalmayıb".

Satıcılar onu da dedilər ki, rüsumun aşağı salındığı vaxtdan sonra – son bir ayda ölkəyə gətirilən kərə yağları, güman ki, hələ mağazaya çatdırılmadığı üçün qiymətlər də yenilənməyib: "Bu mallar əvvəldən gətirilənlərdir. Ola bilsin, yeni rüsumla gətirilənlər mağazaya veriləndə yeni qiymət olacaq".

Digər iri mağazalar şəbəkəsindən olan "Neptun" supermarketində də alıcılar eyni qaydada gileylidirlər. Nəsibə xala kərə yağlarının qiymətinin dəyişmədiyini deyir: "Deyirlər guya ucuzlaşıb, amma elə eyni şeydi..."

Marketin satıcısı isə iddia edir ki, ötən aya nisbətən kərə yağlarının qiymətində 1-2 manat ucuzlaşma olub. Bunun idxal rüsumunun azaldılması ilə bağlı olub-olmadığını isə izah etmədi: "Bu, rəhbərliyin işidi, mən o səbəbi izah edəcək qədər məlumatlı deyiləm".

Qeyd edək ki, kərə yağının qiymətləri dövlət tərəfindən tənzimlənmir. Ona görə də qiymətləri idxalçıların tənzimlədiyini, nəzərə alaraq, əsas idxalçılardan olan "Veysəloğlu" MMC-dən məsələ ilə bağlı rəy öyrəndik.

Şirkətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə Lent.az-a açıqlamasında qeyd edib ki, kərə yağının idxal rüsumunun 15%-dən 5%-ə endirilməsi əsasən MDB ölkələrindən kənardan gətirilən kərə yağına aiddir: "Yəni idxal olunan məhsulun statistik dəyərinin (əlavə dəyər vergisindən başqa) 15%-i həcmində idxal vergisi tutulurdu. "Veysəloğlu" şirkəti də kərə yağlarını MDB ölkəsindən, yəni Belarusdan idxal etdiyi üçün ölkələr arasındakı razılaşmaya əsasən, bu məhsullar idxal rüsumuna cəlb olunmurlar. Ona görə də sözügedən 15% idxal rüsumunun azaldılması bizim gətirdiyimiz yağlara şamil olunmur. Onsuz da bizim Belarusdan idxal edərək ölkədə satışını həyata keçirdiyimiz yağlarda elə bir ciddi qiymət artımı müşahidə olunmamışdı. Bizim idxal etdiyimiz Belarus yağlarının qiymətlərinə ciddi təsir edən iki əsas amil daşınma xərcləri və idxal gömrük rüsumu idi. Bizim gətirdiyimiz kərə yağları da gömrük rüsumuna cəlb edilmədiyi üçün "Veysəloğlu"nun idxal etdiyi kərə yağları ucuz başa gəlir və bazarda da ucuz qiymətə satılırdı".

İqtisadçı Natiq Cəfərli Lent.az-a açıqlamasında bildirdi ki, kərə yağında gömrük rüsumlarının 15%-dən 5%-ə enməsi təqribən qiymətlərə 0.50-1 manat arası təsir göstərməli idi:

- Hələ ki, bazarda qiymətlərə ciddi təsir etdiyini görmürük. Bunun bir neçə səbəbi var. Səbəblərdən biri odur ki, kərə yağının önəmli bir qismi Avrozonadan gətirilir və avro ilə alınır. Son zamanlar isə avronun manat qarşısında kəskin bahalaşmasını görürük. 2017-ci ilin yanvar ayı ilə müqayisədə avro təqribən 18%-ə yaxın dəyər görüb. Və bu da qiymətlərə təsir göstərir. Hətta Avrozonadan gələn kərə yağının qiymətində, gömrük rüsumlarının azalmasına baxmayaraq, artım da ola bilər.

Ekspert hesab edir ki, ikinci və daha maraqlı məsələ bazar oyunçularının sayının az olmasıdır. Bazarda ölkəyə idxal edən, məhsul gətirən şirkətlərin sayı azdır. Bu da rəqabətli mühitin yaranmasına mane olan amillərdən biridir. Gömrük rüsumlarının aşağı çəkilməsi baş verib, ola bilər ki, bundan sonra bazara yeni oyunçular, yeni şirkətlər, hüquqi və fiziki şəxslər daxil olmağa, xaricdən daha çox kərə yağını gətirməyə çalışsınlar. Bu da rəqabətli mühit yarada bilər. Belə mühit yaransa, qiymətlərdə müəyyən dərəcə normallaşma, sabitləşmə, hətta ucuzlaşma da müşahidə edə bilərik.

Ekspert onu da qeyd edib ki, bir müddət sonra kərə yağlarının qiymətlərində ucuzlaşma olması gözləniləndir:

- Qərar yeni qüvvəyə minib və çox qısa bir zaman keçib. Ona görə də qısa bir zamanda ciddi dəyişikliklərin olmasını gözləmək də əbəsdir. Çünki bu gün bazarda satışda olan məhsulların bir çoxu hələ qərar qüvvəyə minməzdən öncə ölkəyə gətirilmiş məhsullardır və onlar gömrük rüsumunu 15%-lə ödəyiblər. Bir müddət sonra əsasən Avstraliya və Yeni Zelandiyadan gətirilən kərə yağlarının qiymətlərində 0.50-1 manat arasında ucuzlaşma ola bilər. Çünki onlar dollarla müqavilə bağlayırlar. Doların məzənnəsi də hələlik sabitdir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında "Delta Qrup C.O." MMC, "Vest Produkt Marketinq" MMC, "Azərsun Holdinq" MMC, "Dinçer və Carçıoğlu" BM, "Gulistan Baku" MMC, "Veysəloğlu" MMC və "Lactalis Caspi" MMC kimi şirkətlər Azərbaycan bazarında kərə yağının qiymətlərinin baha olması ilə bağlı istehlakçılara müraciət etmişdi. Bu müraciətdən 1 ay sonra Nazirlər Kabinetində Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldacaq qərar qəbul edildi.

İdxalçılar üçün yerində verilmiş bu qərar yuxarıda adı çəkilən idxalçı şirkətlərin o qədər ürəyincə olub ki, bu gün bu haqda danışmaq belə istəmirlər. Yalnız "Veysəloğlu MMC"-də suallarımıza ətraflı cavab verdilər. Digər adıçəkilən şirkətlərin cavabdeh şəxsləri bir həftə ərzində müxtəlif səbəblər gətirərək, bu barədə danışmaqdan yayındılar...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 779   Tarix: 23 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 128
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1106
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 761
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 635
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 245
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 366
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 450
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 722
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 508