Azərbaycanda müdhiş olay: 52 yaşlı qadın uşaq dünyaya gətirdi

Azərbaycanda müdhiş olay: 52 yaşlı qadın uşaq dünyaya gətirdi

Bir neçə gün əvvəl Azərbaycanda nadir rastlanan hadisə baş verib. Belə ki, 52 yaşlı qadın əkiz övlad dünyaya gətirib.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, doğuş Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mama-ginekalogiya şöbəsinin həkimi Arzu İsmayılova tərəfindən həyata keçirilib. Doğuş qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə baş tutub. Həkimin bildirdiyinə görə, bu, 52 yaşlı ananın ikinci hamiləliyidir.

Onun ilk hamiləliyi 48 yaşında olub: "Ana və əkizlər tam sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər. Qeyd edim ki, bu qadın ilk dəfə 48 yaşında ana olmuşdu. Bu, onun ikinci hamiləliyidir. Bu dəfə əkiz oğlanları dünyaya gəlib".

Azərbaycanda müdhiş olay: 52 yaşlı qadın uşaq dünyaya gətirdi
Azərbaycanda müdhiş olay: 52 yaşlı qadın uşaq dünyaya gətirdi

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1598 Tarix: 20.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər