Evdən qaçan Yeganənin atası: Əmim oğlu ilə görüşmək istədiyini dedi - FOTO

Evdən qaçan Yeganənin atası: Əmim oğlu ilə görüşmək istədiyini dedi - FOTO

Dünən "Bizimləsən" verilişində Masallı rayonunun Böyük Təklə kəndində iki azyaşlı uşağını ataraq ata evindən qaçan 25 yaşlı Yeganə Məmmədova barədə yeni məlumat əldə edilib.

BiG.AZ xəbər verir ki, aparıcı Zaur Baxşəliyev Yeganənin atası Firqəti studiaya dəvət edib.

Zaur "Yeganə bu gün gizli nömrədən atasına zəng edib. Nə dedi sizə?" sualı ilə kişiyə müraciət edib.

Qaçan gəlinin atasının canlı yayımda verdiyi açıqlamalar studiyadakıları təəccübləndirib:

"Dedi ki, mənim əmim oğlu Elməddinlə görüşmək istəyir. Elməddinin hardasa 30-dan yuxarı yaşı olar. Mən Elməddinə zəng edənə kimi Yeganə "otboy" verdi. Mənə də müəmmalı qaldı. Bilmirəm Elməddinlə niyə görüşmək istəyir. Yeganə "Hamıdan incimişəm, küsmüşəm" dedi. Səbəbini bilsəm, heç efirə çıxmaram. Qızımı 16 yaşında ərə verməkdə günahkaram. Amma bu vaxta qədər çalışmışam bütün əzablarına qatlaşım ki, o, çətinlik çəkdiyini hiss etməsin".

Qeyd edək ki, Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların evliliyi uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3520 Tarix: 17.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 17.01.2018
Usaqlarin gunahi nedi onlari niye anasiz qoyub?bunlarin hamisinin gunahkari 16yawinda usagi ere veren atadadi indide ceksinler cezalarini,,olan korpelere olub..
Yawin deyil,yawadiqlarin oyreder sene hayati
■☆■☆■☆■☆■☆■☆■☆
♢♢♢♢♢♢♢♢♢♢

 
cangudan007
cangudan007 17.01.2018
Ay qizmiw adam da ata anaya derd verer? Men tanidigim bir qadin var mecbur sacnnan suryub ere veribler butun heyatin alt ust eliyib eri.bidefede ata anasin uzne vurmuyub ki siz elediz
☆☆☆☆

 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər