Kiçik qız internet təqiblərindən sonra intihar edib

Kiçik qız internet təqiblərindən sonra intihar edib

Avstraliyada iddia edilən kibertəqiblərdən sonra intihar etmiş yeniyetmə Amy "Dolly" Everettin matəm mərasiminə gələnlər mərhumun sevdiyi mavi rəngli geyimlərdə olub.

14 yaşlı qız vaxtilə Avstraliyanın məşhur Akubra brendli şlyapaların "üzü" kimi məşhur olub.

Onun qəfil ölümü barədə xəbər ölkədə kədər və sarsıntı ilə qarşılanıb.

Dolly adı ilə tanın gəncin matəmi Şimal Ərazisindəki (Avstraliyanın şimalındakı iri inzibati vahid) Katherine şəhərində keçirilib.

Yasda 300 nəfər iştirak edib. Onlar mərhumun ən sevdiyi mavi rəngli geyimlərdə olub.

Ailəyə internetdə təsəlli verənlər isə Dolly-nin xatirəsinə mavi rəngli Akubra şlyapasının istehsal edilməsinə çağırıblar.

"Biz istəmirik ki, başqa ailə də biz çəkdiyimizi çəksin", - mərhumun atası Tick Everett yasa gələnlərə bildirib.

"Təqiblərə son qoyun və Dolly naminə xeyirxah olun".

Baş nazir Malcolm Turnbull ailəyə başsağlığı verərək deyib ki, kibertəqiblərin qarşısını almaq üçün "lazım olan bütün addımlar" atılmalıdır.

Hadisə ilə bağlı polis araşdırması aparılır.
mənbə:milli.az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1513 Tarix: 14.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər