Bakıda kişi qayınanasını boğaraq öldürdü - SƏBƏB

Bakıda kişi qayınanasını boğaraq öldürdü - SƏBƏB

Yanvarın 11-də, Yasamal rayonunda, “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

BiG.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub; onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Yanvarın 12-də fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1031 Tarix: 13.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər