Jirinovski efirdə özündən çıxdı: "Sizi güllələyəcəklər" – VİDEO

Jirinovski efirdə özündən çıxdı: "Sizi güllələyəcəklər" – VİDEO

Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski “60 минут” tok-şousunda Ukraynada gedən döyüşlərlə bağlı müzakirə edən zaman özündən çıxıb.

Studiyanın qonaqları başlıca olaraq Ukraynanın şərqində mövcud qeyri-sabitlik fonunda ABŞ-ın Ukraynanı silah-sursatla təchiz etməsi məsələsini müzakirə edib. Politoloq Vadim Trüxan Jirinovskinin verilişdə sirk yaratmağa çalışdığını deyərək onun atmacalarına reaksiya verməkdən imtina edib. O, siyasətçinin ukraynalılara hədə-qorxu gəlməməsini istəyib. Bundan hiddətlənən Jirinovski onun üzərinə gedib.

“Sizin kimi əclaf və yaramazlara istədiyimiz qədər hədə-qorxu gələcəyik, sizin kimiləri güllələyəcəyik”, - deyə Trüxana yaxınlaşan zaman o bağırıb.

Liberal-demokratların lideri Ukraynanın Donbas bölgəsində öldürülmüş hər bir insana görə cavab verəcəyini deyib və opponentinin studiyanı tərk etməsini istəyib, onu “heyvərə” adlandırıb. Verlişin aparıcıları Jirinovskinin prezidentliyə namizəd olduğunu xatırladaraq, onu sakitləşdirməyə çalışıb. Ancaq çılğın liberal-demokratı sakitləşdirmək mümkün olmayıb. Trüxan Jrinovskinin onu pərt etməyə çalışdığını görüb, bir müddət sonra studiyanı tərk edib.

“Çaşıb vağzala getmə, Trüxan, səni orda həbs edəcəklər”, -deyə Jirinovski studiyadan gedən politoloqun arxasınca söyləyib.

mənbə: oxu.az


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1013 Tarix: 12.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Timurka
Timurka 12.01.2018
Жирик клоун олсада арада бир дуз данышыр.
AĞILLI OL! RƏY YAZANDA ÖZÜNƏ HÖRMƏT ELƏ!
İMZA: REDAKTOR
 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər