Ötən il uşaqlara qoyulmuş ən populyar adlar (SİYAHI)

Ötən il uşaqlara qoyulmuş ən populyar adlar (SİYAHI)

2017-ci il ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsus olub.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2017-ci ildə yeni doğulmuş 2936 oğlan uşağına Yusif adı verilib.

Ötən il yeni doğulmuş 2775 qız uşağına isə Zəhra adı qoyulub.

2017-də daha çox qoyulan oğlan adları arasında Yusifdən sonrakı yerlərdə , Hüseyn, Əli, Ömər, Məhəmməd gəlir.

Qız uşaqlarına verilən ən populyar adlar sırasında Zəhranın ardınca Nuray, Fatimə, Zeynəb, Aylin, və Məryəm gəlir.

Qeyd edək ki, Yusif və Zəhra adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tuturlar.

mənbə: modern.az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1375 Tarix: 12.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
olmus_arzular
olmus_arzular 12.01.2018
Bizim royonda Aylin ve s bu kimi adlar qoymurlar neymis turk adiymis olmaz


 
Cesika
Cesika 12.01.2018
Cox sevirem Yusif adini,kawki qoymag qismet olaydi
......................
.......................
........................
.......................
.........................

 
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər