Azərbaycanda televiziyanın çəkiliş qrupu qəzaya düşdü

Azərbaycanda televiziyanın çəkiliş qrupu qəzaya düşdü

“Dünya” televiziyasının çəkiliş qrupu qəzaya düşüb.

Hadisə Hacıqabul rayonu ərazisində, “Nəvahi” postu yaxınlığında baş verib. “Ləziz Səyahət” verilişinin çəkiliş qrupunun olduğu “Mercedes” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Verilişin aparıcısı Aqşin Kazımoğlu faktı təsdiqləyib: “Yüngül qəza keçirdik. Allaha şükür hər şey qaydasındadır, xəsarət alan yoxdur”.

mənbə: APA
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1177 Tarix: 11.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər