Bakı metrosunda qatarın iki yerə böldüyü gəncin videosu saxta çıxdı - VİDEO

Bakı metrosunda qatarın iki yerə böldüyü gəncin videosu saxta çıxdı - VİDEO

"Ulduz" metrostansiyasında intihar edən gəncin yayılan videosu saxta çıxıb.

Bu haqda "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O bildirib ki, yayılan video həqiqəti əks etdirmir:

"Gözəl yurdumun gözəl insanları, saytların guya 8 yanvar tarixində "Ulduz" stansiyasında intihar hadisəsinin yayımladıqları videosu saxtadır. O günkü marşrutun nömrəsi 15 idi və həmin xətt üzrə kondisionerli dediyimiz yeni qatar hərəkət edirdi. Videodakı isə köhnə qatarlardandır".

Onu da xatırladaq ki, 8 yanvar tarixində axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu "Ulduz" stansiyasına daxil olarkən özünü qatarın altına atıb.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2345 Tarix: 11.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər