"Optimal electronics"lə bankarın qeyri-qanuni sövdələşməsi - Vətəndaşların şəxsi məlumatlarını...
""Optimal electronics" mağazalar şəbəkəsi daxili kreditlə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikası məhsullarının daxili kreditlə satışını təşkil edir. Daxili kredit dedikdə isə banklar deyil, mağazaların, şirkətlərin kredit mütəxəssisləri tərəfindən rəsmiləşdirilməsi nəzərdə tutulur. Lakin "Optimal electronics" kredit üçün müraciət edənlərlə bağlı araşdırma apararkən potensial müştərinin banklardakı kredit tarixçəsini də yoxlayır".
BiG.AZ xəbər verir ki, bu barədə məlumatı finans.az-a mağazalar şəbəkəsinin müştərilərindən biri verib. Onun sözlərinə görə, mağazalardan birinə kredit üçün müraciət etdikdə kredit mütəxəssisi bildirib ki, kredit ayrılması üçün onun Mərkəzləşmiş Kredit Reyestrindəki kredit tarixçəsi də nəzərdən keçirilməlidir. Mağazanın reyestrə çıxışı olmadığından, bunu banklardan birinin köməkliyi ilə edir. Daha doğrusu, mağaza müştəri barədə məlumatları sıx əlaqədə olduğu banklardan birinin əməkdaşına göndərir, o isə kredit tarixçəsindən çıxarışı mağazaya təqdim edir. Yalnız bundan sonra müştəriyə müsbət və ya mənfi cavab verilir.
Sayt faktı dəqiqləşdirmək üçün "Optimal electronics"in internet saytı vasitəsilə onlayn məsləhətçiyə müraciət etdik. Jalə adlı onlayn məsləhətçi faktı təsdiqləyib və müştərinin kredit tarixçəsinə həqiqətən baxıldığını bildirib. O, bir mağazanın Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışı necə alması barədə sualını isə cavabsız qoyub.
Qeyd edək ki, vətəndaşlar barədə kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir: kredit təşkilatları, kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri). Sadalananlar istisna olmaqla kredit tarixçəsini təşkil edən məlumatın üçüncü şəxslərə açmamaq qanunla qadağandır. Buna baxmayaraq, "Optimal electronics" gizli əlaqələrdən istifadə etməklə vətəndaşlar barədə kütləvi şəkildə belə informasiyaları əldə edir və bu işdə bəzi bankların əməkdaşlarının da rolu var.
Bir müddət əvvələdək bank sektorunda çalışmış şəxslərdən biri deyib ki, "Optimal electronics" və bank əməkdaşları arasındakı münasibətlər qanunsuz əsaslarla və müəyyən maraqlar qarşılığında qurulur. Belə ki, bank əməkdaşı maddi marağı üçün Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumatları üçüncu tərəfə - "Optimal electronics"ə ötürür, bununla da ciddi qanun pozuntusuna yol verir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1294 Tarix: 10 yanvar 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şüşədə yağ, içində sual işarəsi... Etiketə inan bədəninə dua et
Supermarketlərdə yüzlərlə çeşid günəbaxan, qarğıdalı, zeytun yağları satılır. Hər birinin üzərində 100% təbii olduğu yazılır. Lakin məhsulu aldıqda isə keyfiyyətinin o olmadığını görürük. Ölkəmizdə duru yağlar yerli istehsal ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Sinqapur kimi ölkələrdən idxal olunur
13:02 300 Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı şərtlər dəyişdi
Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq qanunvericilikl
14:27 203 Rusiyada "YouTube" tam bloklanacaq
"Rusiyada "YouTube"un yaxın 6 ay - 1 il ərzində tam bloklanması gözlənilir". "Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Andrey Svintsov bildirib. "Bu
17:44 35 Vətən müharibəsi və antiterror əməliyyatında iştirak edənlər cəzalarından tam azad ediləcək
Ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları cəzalarından tam azad ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilə
14:53 163 Petteri Orpo: Avropa üçün alternativ yoxdur
Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq
12:00 170 Ana və iki övladı yanıb öldü, ata sağ qaldı
Rusiyanın Voloqda vilayətində yanğın zamanı 3 nəfər ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə dekabrın 16-na keçən gecə Kıçmenqski Qorodok qəsəbəsində baş verib. İlkin məlumatlara görə, alov qısa müddətdə bütün evi bürüyüb. Bələdiyyə dairəsinin rəhbəri Andrey Andrinoviçin bildirdiyinə görə, yanğı
20:00 1 Fərdi heyvandarlığın payı azalır, bazarda qiymətlər bahalaşır
"Ət qiymətlərinin bahalaşmasının əsas səbəbləri dəyişməyib. Hazırda saxlanılan heyvanların sayı azalmaqdadır. Son 10 ildə xırdabuynuzlu heyvanların sayı 25%-dən çox azalıb, son ildə isə iribuynuzlu heyvanların sayı da azalıb". Bunu BİG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O
15:13 145 Xətai rayonunda zibil yığılmamasının səbəbi ŞADLIQ SARAYI İMİŞ...
Xətai rayonunda zibil yığılmamasının səbəbi məlum olub. Xətai Rayon İcra Hakimiyyətindən -ə bildirilib ki, sözügedən ərazi ilə bağlı "Mübarək" şadlıq sarayı ilə müqavilə mövcuddur. Məlumata görə, ərazinin təmiz saxlanılması həmin obyektin öhdəliyindədir. Bildirilib ki, öhdəliklər yerinə yetirilmədiy
11:56 230 Meksikada kiçik təyyarə qəzaya uğrayıb: Ən azı 10 nəfər ölüb
Meksikanın paytaxtı Mexiko şəhərindən təxminən 50 kilometr qərbdə kiçik təyyarənin qəzaya uğraması nəticəsində ən azı 10 nəfər həlak olub. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Mexiko Şəhər Mülki Müdafiə Koordinatoru Adrian Hernandez bildirib ki, təcili eniş etməyə çalışan kiçik bir təyyarə Mexik
16:55 98