Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - ÖZƏL

Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - ÖZƏLBiG.AZ saytı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ilə birgə "Susma" adlı layihəyə həyata keçirir. Bu layihənin məqsədi ictimai birliyin sığınacağına sığınmış, zorakılığa, şiddətə məruz qalan qadınların həyat hekayələrini ictimaiyyətə təqdim etməkdir. BiG.AZ növbəti müsahibəsini təqdim edir. Budəfəki müsahibimiz öz qardaşı tərəfindən zorlanmaya məruz qalan Nigar Məmmədovadır(Ad şərtidir).

Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - ÖZƏL- Siz necə oldu ki, bu sığınma evinə yerləşdirildiniz?

-16 yaşımda özümdən 20 yaş böyük kişi ilə valideynlərim tərəfindən zorla evləndirilmişəm. Həmin şəxslə 10 il yaşadım. Övladım olmadığından həyat yoldaşımın ailəsi tərəfindən boşadılmışam. Mən uşağım olmadığından övladlığa uşaq götürmək istəmişəm. Anam razı olmadı. Yenə ikinci dəfə övladım olsun deyə zorla evləndirildim. Uşaq doğulduqdan sonra ona 11-ci ayında Uşaq Nevroloji Xəstəxanasında yataq xəstəsi diaqnozu qoyuldu. Ona görə ərimin ailəsi uşaqdan imtina elədi. 4 ildir ki, ikinci həyat yoldaşımla ayrıyıq. Amma ailə qurduğum şəxslərin heç birində zorakılığa, döyülmələrə, işgəncələrə məruz qalmamışam. Az da olsa təsəllimi ailə qurduğum şəxslərdə almışam. Mənə zülm verən mənim öz ailəm və valideynlərim olub. Çünki mənim atam içki düşkünü olub. Anam da dəfələrlə körpə qardaşımla məni atamın üstünə atıb gedib. Atam içən zaman təcavüz etmək üçün məni axtarırdı. Dəfələrlə olub ki, qamışlıqda gizlənmişəm ki, ələ keçməyim.

- Atandan gizlənməyinin səbəbi nə idi?

- Çünki zorlanmaqdan qorxurdum. Amma çox çəkmədi qorxduğum başıma gəldi. Böyük qardaşım mənə dəfələrlə təcavüz edib. Bütün yaşadığım əzablara baxmayaraq yenə də özümü güclü hesab edirəm. Geriyə baxmaq istəmirəm. O qədər valideynlərimə, qardaşlarıma nifrət edirəm ki, imkanım olsa onlardan imtina edərəm. Dövlətdən də xahişim odur ki, onlarla mənim əlaqəmi kəssin. Məndən sonra ikinci qardaşım böyüdü. Əsgərlik yaşına çatanda qardaşıma da zorlayıb. Hal-hazırda eplepsiya xəstəsi olub. Mən o evdən sözümü deyib çıxmışdım. Yəni o ailə ilə yaşaya bilmirdim. Özüm işləyib oğlumu əməliyyat elətdirmişəm.

-Təhsiliniz varmı? Evinizi tərk etdikdən sonra necə ayaqda dura bildiniz?

- Hər bir yalnız qadın kimi, ayağım üstə durmuşam. Əvvəl çayçı, sonra da özəl firmada işləmişəm. Nə mənim yoldaşlarıma, nə də valideynlərimə xəyanətim olmayıb. Qurduğum ailələrimin dağılma səbəbi də uşaq problemi olub. Bütün əzablarım öz ailəm tərəfindən olub. Sonra anamgil gəldilər ki, qayıdırsan evə. Məni zorlayan qardaşımla anam məni zorla geri evə aparmaq istədilər. Mən də bildirdim ki, mən o evə qayıtmram. Anamla qalaram, amma ata evinə getmərəm. Qardaşım dedi ki, hamı mənə dedi ki, bacın niyə tək yaşayır? Mən də dedim ki, sən onlara deyə bilmədin ki, bacım mənim əlimdən qaçıb. Mən namusumu zorlamışam. Bu sözləri deyəndə qardaşım məni vurdu. Hətta dişimin birini də sındırdı.

- Belə çıxır ki, ananız qardaşınızın sizə qarşı etdiklərinə göz yumub?

- Anam da qardaşımı dəstəkləyirdi. O, hər zaman deyirdi ki, evin içində neyləyirsiz eləyin amma heç kimə deməyin. Ailəm məni başıma gələnləri açdığıma görə ölümlə hədələyir. Atam belə bu işin üstünə ciddi düşüb. Hətta atama anam tapşırıb ki, tap o qızı, öldür. Adını da qoyarıq ki, əxlaqsızlıq edirdi, biz də öldürdük. Anam məni, hətta işimdən də çıxartdırdı. O məni, həyatımı məhv etməklə hədələyir. Mən də deyirəm ki, onsuz da həyatımı 16 yaşımdan məhv etmisən.

- Ailənizin sənin başına gətirdikləri işgəncələrlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmisənmi?

- Bütün hüquq mühafizə orqanlarına müraciət etmişəm. Onlar yaşadıqlarımı həqiqət hesab etmirlər. Anamla qardaşım məni öldürmək istəyəndə ayaqyalın uşaqla Qaradağ rayonun Sahil qəsəbəsinin 38 saylı polis bölməsinə qaçmışam. İzahatımı götürən rəis sərxoş idi. Hətta mən o sərxoş polis rəisindən də qorxdum. Buna görə heç nəyi açıb deyə bilmədim. Sadəcə dedim ki, məni öldürmək istəyirlər. O da qayıdıb mənə "Aç, görüm haranı bıçaqlayıblar?" dedi. Bundan əlavə məni təhqir etdi ki, tək yaşamaq istəyirsən. Qardaşınla ananın da haqqıdır səni öldürmək. Mən də dedim ki, mənə normal izahat götürəcək insan çağırın.

-Ananı bağışlayarsanmı?

- Anam mənə nə qədər pislik etsə də onu çox istəyirəm. Amma o evə getmərəm. O evdə nə atam, nə də qardaşlarım normal olmayıb. Anam da çox qəddar olub. Övladıma da yemək almaq istəmirdi. Deyirdi ki, mənə möhtac olduğunu söylə.

- Oğlunuzun xəstəliyi ilə bağlı həkimlər hansı diaqnozu qoyub?

- Oğluma selebral iflic diaqnozu qoyulmuşdu. Həkim əməliyyat edən zaman ortaya çıxdı ki, səhv diaqnoz qoyulub. Əslində bunun xəstəliyi sinir damar tromblaşmasıdır. 7 yaşına qədər müalicə olmalıdır. Müalicəsi uzun sürən müalicədir.

Azərbaycanda qardaş iki dəfə ərdə olan bacısını və kiçik qardaşını zorladı - ÖZƏL- Sizə kömək edə biləcək qohumlarınız yoxdur?

- Qohumlarım var. Anama görə qohumlarımla da münasibətlərimiz yaxşı deyil. Mən bir aydır ki buradayam. Zəhmətimlə balamı saxlamışam. Mənim xoşbəxtliyim mənim övladımdır. Ancaq övladımın sağlamlığını istəyirəm. Dəfələrlə mənə deyilib ki, övladımı atım. Mən dövlətimizdən övladım üçün yardım istəyirəm. Arzumdur ki, o da normal uşaqlar kimi məktəbə, baxçaya getsin.

Aysel Yusifqızı
Foto Pərviz Həşimi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12830   Tarix: 10 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 149
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

26.04.2024 142
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 106
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 123
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 339
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 403
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

26.04.2024 1355