Bakı sürücülərinə şad xəbər!

Bakı sürücülərinə şad xəbər!Bakıda təmirə bağlanan yollardan biri bu gündən tam istifadəyə verilir.
Paytaxtın Səməd Vurğun küçəsinin Süleyman Rəhimov, Şamil Əzizbəyov və Füzuli küçələri ilə kəsişməsindəki hissəsi 23,5 metrədək genişləndirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov martın 12-də yolun rəmzi açılışını bildirən lenti kəsmişdir.

AzərTAc xəbər verir ki, açılış mərasimində çıxış edən H.Abutalıbov paytaxtın Baş planına uyğun olaraq Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırığı əsasında Səməd Vurğun küçəsinin Süleyman Rəhimov, Şamil Əzizbəyov və Füzuli küçələri ilə kəsişməsindəki hissəsində 300 metrə yaxın 7 metr enində birtərəfli avtomobil yolunun genişləndirilərək 23,5 metr enində ikitərəfli yolun salındığını bildirmişdir. Həmçinin İtaliya istehsalı olan müasir işıqlandırma sistemi quraşdırılmış, 805 metr qranit səki daşı qoyulmuş, 26 lyuk quraşdırılmış, yolda 5.570 kvadratmetr, səkidə isə 1.377 kvadratmetr asfalt örtüyü salınmışdır. Ərazidən keçən mövcud kommunikasiya xətləri dəyişdirilərək yenidən qurulmuşdur. Genişləndirilmiş yolun Mirzağa Əliyev küçəsinin kəsişməsinədək davam etməsi nəzərdə tutulmuşdur ki, bu da ərazidə tıxac probleminin aradan qaldırılmasına qismən də olsa kömək edəcəkdir.

Bundan başqa, Heydər Əliyev Sarayının arxasından Füzuli meydanına qədər (Füzuli və Mirzağa Əliyev küçələrinin arasındakı ərazi) olan sahədə 4.500 avtomobil tutumu olan ikimərtəbəli yeraltı avtomobil dayanacağının və onun üzərində yeni park kompleksinin tikintisi işlərinə də başlanılmışdır. Sözügedən ərazidə işlərin tam başa çatdırılması isə 2013-cü ildə nəzərdə tutulmuşdur.

Açılış mərasimindən sonra icra hakimiyyətinin başçısı yol işçiləri ilə görüşmüş və onlara işlərində uğurlar arzulamışdır.

----------
12:10

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsinədək olan hissəsində yenidənqurma və təmir işləri başa çatıb və yol bu gündən tam istifadəyə verilib.

Əsədov bildirib ki, həmin yol genişləndirilmə və asfalt örtüyünün yenilənməsi ilə əlaqədar 4 ay idi ki, təmirə bağlanmışdı.

Əsədov bildirib ki, yolda işıqforlar və lazımi yol nişanları quraşdırılıb, yol dünya standartlarına cavab verir.

Bakı sürücülərinə şad xəbər!Bakı sürücülərinə şad xəbər!Bakı sürücülərinə şad xəbər!Bakı sürücülərinə şad xəbər!Bakı sürücülərinə şad xəbər!Bakı sürücülərinə şad xəbər!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6853   Tarix: 23 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281