Məşhur şəxslərin tarixə düşən MARAQLI CAVABLARI

Məşhur şəxslərin tarixə düşən MARAQLI CAVABLARIBiG.AZ modern.az-a istinadən məşhur şəxsiyyətlərin hazırcavablığının məhsulu olan və deyildiyi andan etibarən şöhrət qazanan cavabların bir neçəsini təqdim edir:

Tərkidünya həyat tərzi ilə ad çıxaran və dünya nemətlərindən vaz keçən qədim yunan filosofu Diogen bir gün çox dar dalanda şəhərin mənfur xislətli zəngin sakini ilə qarşılaşır. Dalan o qədər dar olar ki, eyni anda yan-yana iki nəfərin hərəkəti mümkünsüzləşir. İki nəfərdən birinin yol verməli olduğu məqamda heç biri bu addımı atmır. Axırda varlı kişi əsəbləşib deyir: - Mən bir axmağın önündə heç vaxt geri çəkilmərəm. Bu zaman Diogen geri çəkilərək bu cavabı verir: - Amma mən çəkilərəm.

***

Xoşbəxliyin insanın öz əlində, sərvətin isə öz ayaqları altında olduğunu deyən məşhur filosofdan soruşurlar: - Madam ki sərvət ayaqlarınızın altındadır, niyə onu əldə edə bilmirsiniz? Təmkinini pozmayan filosof bu cavabı verir: - Çünki ona çatmaq üçün əyilmək lazımdır və mən də əyilməyi bacarmıram!

***

İngiltərənin baş naziri Uinston Çörçill kürsüdə çıxış edərkən müxalif partiyanın üzvü olan bir qadın onun sözünü kəsir:

- Əgər həyat yoldaşınız olsaydım sizin qəhvənizə zəhər atıb qarışdırardım! Hər zaman hazırcavablığı ilə fərqlənən Çörçill sakit tərzdə cavab verir: - Xanım, əgər həyat yoldaşım siz olsaydınız mən o qəhvəni sevə-sevə içərdim.

***

Sokratla arvadı bir-birilə yola getmirdilər. Arvadı həddindən çox deyinir, fərsiz saydığı filosofu danlayırdı. Sokrat isə səbirlə ona dözürdü. Bir gün həddindən artıq qəzəblənən arvadı Sokratın bu qədər təhqirlər qarşısında sakit dayandığını, oturduğu yerdən qımıldanmadığını belə görüb hirsindən onun başına bir vedrə su tökür. Sokrat yenə də təmkinini pozmur və deyir: - Bu qədər göy gurultusundan sonra mütləq leysan yağmalı idi.

***

Bernard Şou ilə Çörçilin qəti arası yox idi. Hər zaman bir-biri ilə tikanlı-tikanlı danışarmışlar. Bir gün Bernard Şou müəllifi olduğu pyes əsasında hazırlanan tamaşaya Çörçili dəvət edir və məktubda belə yazır: "sizə iki nəfərlik yer ayırdıq. Özünüzlə dostunuzu da götürə bilərsiniz. Təbii ki, əgər dostunuz varsa". Çörçil məktubu oxuyan kimi belə cavab yazır: - Həmin gün başqa bir yerə dəvətliyəm. Təəssüf ki, gələ bilməyəcəyəm. Amma tamaşanız ikinci dəfə göstəriləndə mütləq gələrəm. Təbii ki, əgər tamaşanız ikinci dəfə göstərilmək gücündədirsə.

***

Böyük alim Qaliley həm də qulaqlarının böyüklüyünə görə seçilirdi. Bir gün müasirlərindən biri ona sataşmaq üçün deyir:

- Cənab Qaliley qulaqlarınız bir insan üçün elə bil bir az böyükdür. Bunun fərqindəsiniz? Qalileyin cavabı: - Doğrudur. Amma sizin qulaqlarınız bir eşşək üçün elə bil bir az kiçikdir. Bəs siz bunun fərqindəsiniz?!

***

Tədbirlərin birində bir adam şair Məhmət Akifi aşağılamaq istəyir və ondan soruşur:

- Bağışlayın bəy, siz baytarsınız? - Bəli baytaram, bir yeriniz ağramır ki?

***

Cumhuriyyətin elanından sonra İstanbulda rəsmi mərasim keçirilirdi. Bu zaman xarici ölkələrin bütün səfir və nümayəndələri Atatürkü təbrik etməyə gəlir. Yığıncaq başlayandan Atatürk ingilis səfirin ona hədə ilə baxdığını hiss edir. İş o yerə çatır ki, köməkçisini onun yanına göndərib səbəbini soruşmaq istəyir. Köməkçisi bu cavabla qayıdır:

- Səfir dedi ki, o, Çanaqqala savaşında mənim atamı öldürüb.

Mustafa Kamal cavabında:

- Sən get ondan soruş ki, onun atasının Çanaqqalada nə işi var idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1502   Tarix: 06 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505