Onurğa beyinin travması zamanı nə etməli?

Onurğa beyinin travması zamanı nə etməli?

Onurğa beyinin və onurğa sütununun travması ən çox məişət,istehsalat və nəqliyyat travmaları zamanı meydana çıxır.
Baş beyinin travmatik zədələnməsi kimi,onurğa beyni və onurğa sütünunun travmaları da qapalı və açıq olmaqla 2 yerə ayrılır.

Qapalı travmalar zamanı dəri örtüyünün və altındakı yumuşaq toxumaların bütövlüyü pozulmur,açıq travmalar zamanı isə dəri örtüyünün bütövlüyünün pozulması baş verir..

BiG.AZ immunitet.az-a istinadən bildirir ki, onurğanın qapalı zədələnmələri ağırlaşmış və ağırlaşmamış olmaqla 2 hissəyə bölünür.
Onurğanın travmaları zamanı onurğa beyinin və onu köklərinin zədələnməsi 30% hallarda baş verir. Onurğanın qapalı travmaları arasıda aşağıdakı patalogiyalara rast gəlmək mümkündür:

* zədələr
* sınıqlar
* çıxıqlar
* burxulmalar
* bağ aparatının qırılmaları
* fəqərəarası disklərin zədələnməsi

Onurğanın travmaları zamanı ən çox fəqərə cisimləri,az hallarda isə köndələn çıxıntılar zədələnir.

Onurğa beyinin ağır zədələnməsi sınıqlar zamanı müşahidə edilir.Bu zaman yuxarı fəqərə cisminin arxa şöbəsinin sınıqları onurğa kanalı istiqamətində arxaya doğru yerini dəyişir.
Onurğa beyinin istənilən hissəsindəki zədələnmələrdə yumuşaq toxumaların altında sümük çıxıqları olan, innervasiyası pozulmuş nahiyələrdə yataq yaraları müşahidə edilir. Bu yaralar ən çox onurğa beyinin kobud zədələnməsində və bel qalınlaşmasının travmalarında rast gəlinir.Yataq yaraları ən çox at quyruğu köklərinin travmalarında tez və güclü inkişaf edir. Bu zaman yataq yaraları sürətlə infeksiyalaşır və sepsis mənbəyinə çevrilir.
f Paylaş
Bölmə: Sağlam ol Oxunub: 216 Tarix: 01.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər