Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldi...

Müharibədə itkin düşmüş Laçın sakinindən 74 il sonra xəbər gəldi...Böyük Vətən Müharibəsi zamanı, 1943-cü il sentyabrın 26-da öldürülən azərbaycanlı əsgər, yefreytor İbiş Mirzəyevin qalıqları Rusiya Federasiyasının Smolensk vilayətində tapılıb.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, Mirzəyev 1907-ci ildə Azərbaycan SSR-in Laçın rayonunda anadan olub. Döyüşçülərin axtarışı ilə Sovet İttifaqı qəhrəmanı P.D.Xrenov adına birlik məşğul olub. Onun tərkibinə "Patriot", "Çeka" və "Sapşo" kimi dəstələr daxildir.

2017-ci ildə aparılan axtarışlar nəticəsində Smolensk vilayəti ərazisində itkin düşmüş 26 cəsur döyüşçünün qalıqları tapılıb. Arxiv materiallarının tədqiqi nəticəsində bu adamların adlarını bərpa etmək mümkün olub. Bu günlərdə məlum olub ki, Mirzəyevlə yanaşı Rusiyanın Başqırdıstan, Saratov, Tula, Voronej vilayətlərinin, eləcə də Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistandan olan əsgərlərin də qalıqları tapılıb.

Axtarış aparanlar, indiyə qədər haqlarında heç nə məlum olmayan döyüşçülərin qohumlarını tapılması istiqamətində yorulmadan çalışırlar. Döyüşçülərin cəsədləri bu gün artıq öldükləri yerdə deyil, "Xatirə düzənliyi"ndə dəfn olunub. Onların yenidən dəfn olunması mərasimi 21 sentyabr 2017-ci ildə RF Smolensk vilayətinin Demidov rayonunda keçirilib.

Qeyd etmək lazımdır ki, Böyük Vətən Müharibəsi həyatından qırmızı xətlə keçən minlərlə insanın taleyi, eləcə də onların dəfn olunduğu yer qaranlıq qalır.

Rusiya prezidenti Vladimir Putin həlak olmuş döyüşçülərin xatirəsini əbədiləşdirmək məqsədilə bir sıra göstəriş və fərmanlara imza atıb. Buna müvafiq olaraq, Rusiya Müdafiə Nazirliyi 2007-ci ildə "Memorial" Ümumiləşdirilmiş Məlumatlar Bankı yaradıb. Bankda Böyük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə həlak olmuş və itkin düşmüş döyüşçülər barədə məlumatlar toplanıb.

Bu gün hər birimizin imkanı var ki, bu layihə sayəsində müharibədə ölən doğma və yaxınlarımız barədə məlumat əldə edək və onların dəfn olunduğu yeri müəyyənləşdirək.

"Memorial"da 17 milyon insanın arxiv sənədləri, həmçinin 45 mindən artıq dəfn olunmuş döyüşçünün pasportu toplanıb. Hazırda istənilən şəxs real sənədlərlə tanış ola və adamların axtarışını həyata keçirə bilər.

"Memorial" Ümumiləşdirilmiş Məlumat Bankına bənzəyən məlumat bankı dünyanın heç yerində yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1912   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179