Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb - VİDEO

Suraxanıda tənha ana 5 azyaşlı uşağı ilə küçədə qalıb - VİDEOSuraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində 24 saylı yataqxanada yaşayan ailələr yerli icra hakimiyyəti tərəfindən hüquqlarının pozulduğunu bildirirlər.

Belə ki, 1960-cı illərdə inşa olunan bina qəzalı duruma düşdüyündən icra hakimiyyəti tərəfindən köçürülməsi planlaşdırılır.

Lakin sakinlər mənzilləri üçün verilən kompensasiyanın azlığından narazıdırlar.

Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və sakinlərin şikayətini dinləyib.

Qəzalı binada vəziyyət acınacaqlıdır. 1960-cı illərdə inşa edilən yataqxana tipli yaşayış binasında ümumilikdə 71 ailə məskunlaşıb. Suraxanı Rayon İcra Hakimiyyəti oradan 51 ailəni köçürüb.

Digərləri isə onlara veriləcək olan 35 min manat kompensasiya ilə razılaşmayıblar.

Qeyd edək ki, binada yaşayanların əksəriyyəti sovet hökuməti zamanı balıq limanında çalışanlardır.

Onların dediyinə görə, 40 ildir ki, bu binada məskunlaşaraq, ev növbəsi gözləyiblər: "Bu illər ərzində ev verilməsi üçün növbəyə yazıldıq. Bu cür qəzalı durumda olan binada çətinliklə yaşadıq. Lakin köçürülmə gələndə icra nümayəndələri düzgün hesablama aparmadılar. İki ailəni bir ailənin üstünə yazırlar. Burada ailələr var ki, qızı bir mənzildə, anası isə başqa bir mənzildə yaşayır.

Ancaq bunlar üçün fərq etmir. Halbuki onların mənzili ayrıdır. İndi həmin ailələri azyaşlı uşaqları ilə birgə yaşadıqları mənzildən çıxarıb, söküntü aparmaq istəyirlər. Hökumətdən indiyə qədər nə torpaq, nə də ev almışıq".

Ərazidə olduğumuz zaman dəhşətli mənzərənin şahidi olduq. Bir mənzildə yaşayan 5 azyaşlı uşaq və anasını olan Göyçay rayon sakini Günay Əhmədova mənzilindən çıxarılıb, əşyaları küçələrə tökülüb.

Çarəsiz ana daha öncə köçürülən ailələrin boş otaqlarına sığınıb.

Ancaq icra nümayəndələri ailənin orada da yaşamasına icazə vermir: "2006-cı ildən burada məskunlaşmışam. Mənzilimin sənədləri də var. Notariusdan və başqa lazımı yerlərdən sənəd almışam. O zaman maddi imkanım olmadığından qeydiyyata almadılar. Bununla bağlı lazımı orqanlara ərizə yazmışam, məktuba cavab gəlib, lakin icra hakimiyyəti baxmayıb. İcra nümayəndələri evimə gələrək məni hədələdilər. Dedilər ki, binada qanunsuz yaşayırsan, çıxmalısan.

Uşaqlarımın gözü önündə evdəki əşyaları çölə tökdülər. Birtəhər toplayıb, köçürülən ailələrin boş otağına yığdım Lakin icra nümayəndələri yenə də öz bildiklərini edir, balalarımla məni çölə atırlar.

Bütün qonşular da mənim burada çoxdan yaşadığıma şahiddirlər. İcra nümayəndələrinə deyirəm ki, mən 5 uşaqla hara gedim? Deyirlər ki, bizlik deyil, hara gedirsən, get...".

Məsələ ilə bağlı Suraxanaı Rayon İcra hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq.

Musavat.com-a danışan İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələləri üzrə şöbə müdiri Barxudar Barxudarov vəziyyəti belə izah etdi: "Bizim tərəfimizdən müəyyənləşdirilib ki, həmin binada yaşamaq hüququ olan 71 ailədir. Artıq 51 ailə veriləcək kompensasiya ilə razılaşaraq köçüblər. Bəziləri isə onlara verilən kompensasiyalarla razı deyillər və müxtəlif tələblər irəli sürürlər.

Elə ailə var ki, bir otaqda məskunlaşıblar. Lakin həm oğlu, həm də özü üçün ayrıca kompensasiya tələb edir. Bu şəkildə etirazlar edirlər".

B.Barxudarov bildirdi ki, sakinlər kompensasiya və digər məsələlərlə bağlı məhkəməyə müraciət edə bilərlər: "Onlara bildirmişik ki, əgər verilən kompensasiya ilə razı deyillərsə, bununla bağlı məhkəməyə müraciət etsinlər. Məhkəmə hansı qərarı qəbul etsə, o qərara uyğun iş aparılsın.

Bildiyiniz kimi, bu vəsaitlər Maliyyə Nazirliyi tərəfindən ayrılır. Əgər doğrudan da məhkəmə bir ailə üçün yox, iki ailə üçün kompensasiya verilməlidirsə, biz aidiyyatı üzrə yenidən müraciət edərik".

B.Barxudarov həmin binada yaşamağın təhlükəli olduğunu da diqqətə çatdırdı: "Bina çox qəzalı durumdadır. Hər an bədbəxt hadisələr baş verə bilər. Yaxşı olar ki, sakinlər kompensasiya ilə razı olmasalar belə başqa bir yerə köçsünlər və məhkəmə prosesini davam etdirsinlər. Hər ailə üçün 35 min manat kompensasiya nəzərdə tutulub. Narazı sakinlərdən bir neçəsi artıq məhkəməyə müraciət ediblər".

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1411   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26.04.2024 328
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 750
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 580
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 309
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 148
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 327
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 106