"Anası həyətə çıxanda görüb ki, qızı betonun üstündə sərili vəziyyətdə qalıb..."

"Anası həyətə çıxanda görüb ki, qızı betonun üstündə sərili vəziyyətdə qalıb..."

Ağdaş rayonunda intihar etdiyi deyilən 16 yaşlı qızın ölümünün təfərrüatı məlum olub.

BiG.AZ xəbər verir ki, rayonun Ləki kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, 10-cu sinif şagirdi Mehriban Osmanova intihar etməyib. O, həyətlərindəki turnikdə idman edərkən yıxılıb:

“Mehriban turnikdən yıxılıb, başı betona dəyib. Ağır kəllə-beyin travması alıb. Həmin vaxt anası evdə olub. Həyətə çıxanda baxıb ki, qızı betonun üstünə sərili vəziyyətdə qalıb. Yaxınlaşanda qızını huşsuz vəziyyətdə, ağzı-burnu qanın içində görüb. Onu xəstəxanaya aparsalar da yolda dünyasını dəyişib. Mehribanın atası Mehman Rusiyada yaşayır. Bir oğlu, bir qızı var. Ona zəng edib, təcili çağırıblar. Amma qızının öldüyünü bilmir”.

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə, Ağdaşda intihar hadisəsinin baş verdiyi bildirilir. Rayonun Lək kənd sakini Mehriban Osmanovanın yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar etdiyi deyilir.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2844 Tarix: 12.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər