Göyərtəsində 135 sərnişin olan təyyarə Bakıda məcburi eniş edib

Göyərtəsində 135 sərnişin olan təyyarə Bakıda məcburi eniş edib

"British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edib. Təyyarə Mumbay-London reysini yerinə yetirirdi.

BiG.AZ bildirir ki, bu barədə Trend-ə hava limanından xəbər veriblər.

Qeyd olunur ki, eniş pilot kabinəsinin tüstülənməsi səbəbindən edilib. "Boeing-777" təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub. Təyyarə uğurlu eniş edib və hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır", deyə aeroportdan bildiriblər.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1025 Tarix: 11.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər