Saakaşvili məhkəməyə gətirildi

Saakaşvili məhkəməyə gətirildi

Gürcüstanın sabiq prezidenti, "Yeni Qüvvələr Hərəkatını"nın lideri Mixail Saakaşvili Kiyevin Peçerski rayon məhkəməsindədir.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, bunu siyasətçinin mətbuat katibi deyib.

İnformasiyanı M.Saakaşvilinin vəkili Pavel Boqomazov da təsdiq edib.

Xatırladaq ki, Mixail Saakaşvili Kiyevdə dekabrın 8-i axşam saatlarında saxlanılıb. Onu Ukraynada hakimiyyətin devirilməsinə yönəldilmiş mitinqlərin maliyyələşdirilməsi üçün Rusiyadan təxminən 500 min dollar almaqda ittiham edirlər.

Yerli prokurorluq Saakaşvili üçün elektron qolbağın daşınması ilə ev dustaqlığı şəklində ehtiyat cəza tədbiri tələb etmək niyyətindədir.

Onu da qeyd edək ki, M.Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 415 Tarix: 11.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər