Daha bir universitetdə rektor-tələbə qalmaqalı

Daha bir universitetdə rektor-tələbə qalmaqalı"Universitet rektoru tərəfindən şəxsiyyətim alçaldıldığı və mənə qarşı şər atıldığı üçün susmamaq qərarına gəldim. Hüquqi dövlətdə yaşayırıq və hüquqlarımı tələb etmək mənim ən böyük haqqımdır".

BiG.AZ-ın xəbərinə görə, bu sözləri Bakı Qızlar Universitetinin Sosial Pedaqoji fakültəsinin 3-cü kurs tələbəsi Fəridə İsmayılova Qafqazinfo-ya müraciətində deyib. Tələbə bildirib ki, qaib limiti bitmədiyi halda, o, bir gün öncə universitetə getmədiyi üçün rektor Sevinc Rəhimova dərsdən çıxarılmasını tələb edib: "5 qaibim var və limiti aşmamışam. Birinci dərsin yarısında dekanlığa çağırıldım. Dekan mən və digər qrup yoldaşımdan dərsdən çıxmağımızı tələb etdi. Biz isə dərsdə iştirak etmək istədiyimizi deyib sinfə geri döndük. Bir neçə dəqiqə sonra rektor sinif otağına daxil olaraq bizi məcburi formada çölə çıxarmaq istədi. Müəllimə də tapşırdı ki, qaib yazsın. Hətta qrup yoldaşımın halı pisləşdi. Əvvəlcə yalandan etdiyini deyib bizə icazə vermədi ki, qıza kömək edək. Daha sonra qrup yoldaşımın halı pisləşdiyi üçün təcili yardım gəldi.

Sevinc xanımın atası Ağarəhim Rəhimov (Sabiq rektor) gəldi və bizə qarşı hamının içində alçaldıcı ifadələr işlətdi. Limiti aşmadığım təqdirdə dərsə necə gəlib-getdiyimin heç kimə aidiyyəti yoxdur. Özü də Baloniya sistemində təhsil alırıqsa, ümumiyyətlə, bir söz deyə bilməzlər. Mən də artıq emosiyalarıma sahib çıxa bilmədim. Odur ki, universitetdə avtoritar sistem olduğunu dedim. İndi üstümə şər atırlar ki, universitetdə başqa bir cənublu qızla dövlət əleyhinə hansısa bir təşkilata üzv olduğumuzu və separatçılıq etdiyimizi iddia edirlər. DTX ilə qorxudurlar. Saxta şahidlər tutaraq etmədiyim bir şeyi boynuma qoymaq istəyirlər.

Atamı universitetə çağırıb yanımda təhqir ediblər. "Qızın 6 ay universitetdən uzaq qalsın, ağlı başına gəlsin" deyiblər.

Bütün yaşananların səbəbi mənim haqsızlığa boyun əyməməyimdir. Hər il 2000 manat təhsil haqqı ödəyirəm və təhsil almaq tam haqqımdır. Gələcəyin anası, bir qadın olaraq bu təhqirlərə göz yuma bilmərəm. Mənim vətənimə canım qurbandır, narazılığım bizi incidən, vəzifələrindən sui-istifadə edən insanlara qarşıdır".

"Qafqazinfo"nun əməkdaşı məsələ ilə bağlı BQU-nun rektoru Sevinc Rəhimova ilə əlaqə saxlayıb. Rektor bildirib ki, qrupdakı qızları təşkilata qoşulmağa təşviq etdiyi üçün tələbə hazırda başqa bir qrupa keçirilib. Ancaq qovulmaq və ya təhqir olunmaqdan söz belə gedə bilməz: "Əvvəla, 5 qaib nədir ki, onun üstündə biz tələbəni dərsdən uzaqlaşdıraq və yaxud hər hansı bir tədbir görək. Bu, absurd bir fikirdir. Sadəcə olaraq, xəbərdarlıq etmək və dərsə gəlməməsinin səbəbini öyrənmək üçün otağa çağırmışdıq. Bu, mütəmadi olaraq apardığımız işdir və otağa çağırılmış tək tələbə Fəridə deyil. Hər bir müəssisənin öz qanunları var. Tələbə özü də aqressiv idi. Düzü, nə baş verdi, heç biz də anlamadıq. Başladı dövlət, xalq, millətçilik haqqında kobud ifadələr işlətməyə. Avtoritar cəmiyyətdə yaşadığımızı bildirdi. Torpağımıza, suyumuza demədiyi söz qalmadı.

Biz də fikirləşdik ki, belə bir tələbəni auditoriyada saxlamaq doğru deyil. Görünür ki, tələbə hansısa bir təşkilatla bağlıdır və tələbələri də təşviq etməməsi üçün onu həmin qrupdan uzaqlaşdırdıq. Hazırda nə universitetdən xaric olunub, nə başqa bir şey".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1439   Tarix: 08 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988