Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maykl Şerradenlə görüş olub - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maykl Şerradenlə görüş olub - FOTOLARAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) dəvəti ilə ölkəmizdə səfərdə olan Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Maykl Şerradenlə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BiG.AZ-a verilən məlumata görə, görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də iştirak edib.
M.Şerraden sosial inkişaf, habelə innovasiyaların test edilməsi və onların dövlət siyasətinə təsirləri üzrə səmərəli elmi araşdırmaları ilə dünyada tanınan alimlərdən biridir. O, "Kapital və yoxsul əhali təbəqəsi", "Amerikan arzusuna daxilolma" "Yoxsul əhali qənaət edə bilərmi?" (Mark Şreyner ilə birgə), "Aktivlərin yaradılması və aşağı gəlirli ailələr" kitabları ilə dünyada aztəminatlı ailələr üçün aktivlərin yaradılması sahəsində aparıcı alim hesab olunur. Eləcə də M.Şerradenin həmmüəllifi olduğu "Milli Xidmət", "Müharibənin mənəvi ekvivalenti", "Məhsuldar yaşlanma", "Dünyada ictimai iş" kitabları sosial sahədə aktual mövzularda dərin elmi araşdırmaları əhatə edirlər. ABŞ və bir çox başqa ölkələrdə sosial siyasətlərin hazırlanmasında öz məsləhətlərini verən M.Şerraden 2010-cu ildə məşhur "Time" jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 nəfərindən biri hesab edilib. O, həmçinin Corc Varen Braun Universitetinin professorudur.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə iqtisadi inkişaf proseslərinin güclü sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir respublikada sosial rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində aparılan kompleks tədbirlər, icra olunan sosial proqramlar, əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlar barədə M.Şerradenə məlumat verib.

S.Müslümov Azərbaycanda aparılan sosial müdafiə siyasətində aktiv tədbirlərə xüsusi önəm verilməklə məşğullluq amilinin ön planda dayandığını qeyd edib. Nazir bildirib ki, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə imkan yaradılması əsas hədəflərdəndir. Ölkəmizdə dövlət səviyyəsində icra olunan özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaları üçün onların aktivlər formasında dəstəklənməsi təmin edilir. Cari ildə 1232 aztəminatı ailə həmin proqram çərçivəsində öz kiçik ailə biznesini qurub və bu sahədə ölkəmizdə ilkin təcrübə müsbətdir.

Növbəti ildən tətbiqinə başlanılacaq işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə vəsaitlərinin 40 faizə qədəri bu proqramın genişləndirilməsinə yönəldiləcək və cari ildə olduğundan təqribən 5 dəfə çox aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun nəticəsində nəinki aztəminatlı ailələrin sosial yardım asılılığından çıxmasına, onların gələcəkdə fəal vergi və sosial sığorta ödəyicilərinə çevrilmələrinə də şərait yaradılmış olur.

S.Müslümov ötən il ölkəmizdə səfərdə olmuş Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunusla da nazirlikdə görüşün keçirildiyini, belə görüşlər zamanı aparılan fikir mübadilələrinin və məsləhətləşmələrin sosial siyasətin elmi yanaşmalar əsasında təkmilləşdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb, M.Şerradenlə də nazirlikdə görüşün təşkilindən məmnunluğunu ifadə edib.

M.Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib. O, ölkəmizin məqsədyönlü sosial-iqtisadi inkişaf tempinə, uğurlu islahatlar proqramına malik olduğunu bildirib, sosial müdafiə siyasətinin aktiv tədbirlərə üstünlük verilməsi şəraitində inkişaf etdirilməsini yüksək dəyərləndirib.

Görüş ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara, əmək resurslarının məşğulluq imkanlarının artırılması, inkluziv əmək bazarının inkişafı, aztəminatlı ailələrinin özünüməşğulluğunun və biznesə çıxışının dəstəklənməsi sahələrində görülən işlərə, bu sahələrdə perspektiv inkişaf istiqamətlərinə dair fikir mübadilələri ilə davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maykl Şerradenlə görüş olub - FOTOLARƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maykl Şerradenlə görüş olub - FOTOLARƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maykl Şerradenlə görüş olub - FOTOLARƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maykl Şerradenlə görüş olub - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 558   Tarix: 08 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çilidə qar yağdı - VİDEO

Cənubi Amerika ölkəsi Çilidəqar yağıb. BİG.AZ xəbər verir ki, may ayında havaların belə keçməsi insanlar arasında təəccüblə qarşılanıb. Hadisə zamanı gündəlik həyat iflic olub. Sözügedən görüntüləri təqdim edirik:

10.05.2024 137
.

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib. Qaynarinfo xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunu

10.05.2024 4354
.

Ermənistan və Qazaxıstan xarici işlər nazirləri Almatıda görüş keçirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqu

10.05.2024 134
.

Vətəndaş 345 manatı ala BİLMƏYƏCƏK? İyulun 1-dən saatlıq minimum əməkhaqqına KEÇƏ BİLƏRİK

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsind

10.05.2024 734
.

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqlar

10.05.2024 373
.

İlham Əliyev: "Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik"

"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi". AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı danışıb. "Minsk qrupunu

10.05.2024 127
.

Texasda daşqınlar oldu: 1 uşaq öldü

ABŞ-ın Texas ştatında güclü yağışlar daşqın olub. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 1 uşaq ölüb. Hadisə yerindən olan görüntüləri təqdim edirik:

10.05.2024 146
.

Yanacaq təmin edilməzsə, Qəzzada son xəstəxana 48 saat ərzində xidmətdən çıxacaq"

Qəzza zolağında xidmət edən son xəstəxana olan Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının yanacaq çatışmazlığı səbəbindən 48 saat ərzində xidmətdən çıxacağı açıqlanıb. xəbər verir ki, İsrailin intensiv hücumlarına məruz qalan və humanitar yardım axınının dayandığı Qəzza zolağında Əl-Əqs

10.05.2024 153
.

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. "Report"un xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərini

10.05.2024 236