İntihara aparan internet oyunları - UŞAQLARI NECƏ QORUYAQ?

İntihara aparan internet oyunları - UŞAQLARI NECƏ QORUYAQ?Son dövrlərin ən təhlükəli mobil oyunlarından biri olan "Mavi balina"nın dünyada doğurduğu təhlükənin miqyası genişlənir.

APA TV-nin xəbərinə görə, "Mavi Balina" oyunu Rusiyada "Ölüm qrupu" adlanan şəbəkənin yaradıcısı Filipp Budeykin tərəfindən yayılıb. Beləcə, yalnız 2015-ci ildən 2016-cı ilin aprelinədək bu ölkədə 130 yeniyetmə oyunu oynadıqdan sonra həyatına müxtəlif yollarla qəsd edib.

Əsas fəlsəfəsi oyunçuya verilən tapşırıqları yerinə yetirmək olan "Mavi balina"da oyunçu müxtəlif mərhələləri keçir. Oyunun ab-havasına maksimal dərəcədə aludə olan insan psixoloji təsir altında ən sonuncu tapşırıq olan suisid göstərişini də yerinə yetirir.

Bu günlərdə Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun 9-cu sinifdə təhsil alan oğlu Aqşinin də bu oyuna qurban getdiyi bildirilir. Kərimovlar ailəsi ehtimal edir ki, oğlanları Aqşin Kərimov bir müddətdir "Mavi balina" adlı oynayırmış və oyunun təsirindən odlu silahla başına atəş açaraq intihar edib. Bu məsələ də yaxınlarına onun ölümündən sonra bəlli olub.

Oyun paytaxtımızda bir o qədər də geniş yayılmasa da, bir neçə gün əvvəl Hövsan qəsəbəsindəki 76 nömrəli məktəbdə iki şagirdin bu oyunun təsiri ilə intihara cəhd etdiyi iddiası yayılıb. Bildirilir ki, məhz bu səbəbdən məktəbə polis əməkdaşları gəlib. İddiaların əsaslı olub-olmadığını yoxlamaq üçün sözügedən təhsil ocağına baş çəkdik. Məktəb rəhbərliyi onlara televiziyaların təhsil ocağı daxilində çəkiliş aparması, şagird və müəllimlərin isə mətbuata açıqlama verməsi ilə bağlı qadağa qoyulduğunu bildirdi, lakin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman İsmayılovdan bəzi suallarımıza cavab aldıq. Direktor müavini intihara cəhd faktını qəti şəkildə inkar etdi: "Hər hansı birinin qolunda və ya başqa bir sahədə cızıq əmələ gəlibsə, bunu intihar hadisəsi kimi qiymətləndirmək olmaz. Düzdür, hadisə bir qədər geniş miqyas aldı, bir qədər ictimailəşdi, demək olar ki Azərbaycanın hər yerinə bu qədər yayıldı. Dərhal bu barədə Baş Təhsil İdarəsinə məlumat verdik, onlardan nümayəndə gəldi. Eyni zamanda Hövsan qəsəbəsində yerləşən 30-cu Polis Bölməsinin əməkdaşlarını da dəvət elədik. Bu barədə araşdırma aparıldı, şagirdlər ekspertizaya göndərildi. Doğrudan da təsdiq olundu ki, burada intihar hadisəsindən söhbət gedə bilməz. Bunu heç bir intihar hadisəsi ilə bağlamağı düzgün saymıram".

Direktor müavini hadisədən dərhal sonra valideynlərin məktəbə dəvət olunaraq, onlarla profilaktik söhbət aparıldığını da bildirdi.

"Mavi balina" oyununun belə sürətlə yayılmasını nəzərə alan psixoloq Gülər Məmmədova isə indidən həyəcan təbili çalmağı lazım bilir: "Yeniyetmələrin yaradıcı təxəyyülü çox yüksək inkişaf etmiş olur, yəni fantaziyaları zəngin olur, həmçinin onlarda özgüvən prosesi formalaşır. Özgüvən, özünüqiymətləndirmə prosesinin formalaşdığı dönəmdə bu kimi təsir altına salacaq oyunların respublikaya gəlməsi birmənalı faciədir".

Psixoloq uşaqların bu kimi zərərli vərdişlərə yönəlməsinin səbəblərindən də danışır: "Uşaqlar nə üçün belə bir şeylərə vərdiş edir? Çünki onların boşluqları dolmur, çünki onlar çox vaxt sevgi doyumsuzluğu yaşayır, çünki onlara zaman az ayrılır. Onlar yaşlarına, dinamik inkişaf dönəmlərinə uyğun gözəl anlarla yaşamalı olduğu təqdirdə, zamanlarını lazımsız bir internet oyunlarına sərf edir".

Gülər Məmmədova deyir ki, bu kimi oyunlara həddindən artıq aludə olan insanlar yetərincə xətalı psixikaya malik olsalar və kompüter və şəbəkə oyunlarının aludəçisinə çevrilsələr də, yaranmış problemdən çıxış yolu var və burada əsas yük valideynlərin üzərinə düşür: "Bu problemi aradan qaldırmaq üçün biz öncə yeniyetmənin psixologiyasını öyrənməliyik. Zəif psixologiyası olan, tez təsir altına düşən, fantaziyası güclü olan, lakin bu fantaziyanı səmərəli yerlərə xərcləməyən insanın bu sahəyə yönəlməsi çox asan olacaq. Belə olduğu təqdirdə biz onların enerjisini, onda olan o potensial enerjini daha səmərəli, daha müsbət, ona daha fayda verəcək, xeyir verəcək bir işə yönləndirməliyik. Burada həmin yeniyetmənin üzərinə hardasa çox böyük güc düşdüyündən, bu güc yarı bölünüb valideynlərin, həmçinin müəllimlərin üzərinə daha çox yönəlməlidir".

Mütəxəssis hesab edir ki, valideynlərin çox zaman üz tutduğu qadağa üsulu artıq faydasını itirib, yaranmış problem övladla qarşılıqlı ünsiyyət şəraitində, onlara daha çox diqqət ayrılması ilə həll edilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2449   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862