ABŞ səfirlikləri vətəndaşlarını ehtiyatlı olmağa çağırdılar

ABŞ səfirlikləri vətəndaşlarını ehtiyatlı olmağa çağırdılar

ABŞ-ın Yaxın Şərq və bir sıra Avropa ölkələrindəki səfirlikləri prezident Donald Trampın İsrailin paytaxtı kimi Qüdsü tanımaq qərarını dilə gətirməsindən sonra vətəndaşlarını mümkün etiraz nümayişləri barədə xəbərdar edib.

BiG.AZ "Report"-a istinadən xəbər verir ki, D.Trampın açıqlamasından dərhal sonra ABŞ-ın Türkiyə, İordaniya, Almaniya və Böyük Britaniyadakı səfirlikləri amerikalıları diqqətli və ehtiyatlı olmağa çağıran xəbərdarlıqlar edib.

ABŞ-ın Ankaradakı səfirliyi diplomatik missiyanın binasının yanında, eləcə də İstanbuldakı konsulluğun yanında etiraz aksiyaları keçiriləcəyini gözləyir.

ABŞ-ın Əmmandakı səfirliyi dekabrın 7-də səfirliyin bağlı olacağını bildirib və əməkdaşlarına paytaxtı tərk etməməyə çağırıb.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi öz saytında bu cür xəbərdarlıq yerləşdirməyib.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 339 Tarix: 07.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər