"Kristal Abşeron": "Heç düşməninə də buradan ev almağı məsləhət görmə"

"Kristal Abşeron": "Heç düşməninə də buradan ev almağı məsləhət görmə"Ev almaq məqsədi ilə "Kristal Abşeron"a üz tutmaq istəyirsiz? İnanın ki, bu, həyatınızın ən böyük səhvi olar.

"Kristal Abşeron"un devizi "Xəyallarınızı inşa edirik" olmasına da əsla inanmayın. Əvəzində xəyallarınız başınıza uçacaq.

Sözgedən MTK-nın rəsmi saytında "Sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir" tipli pafoslu cümlə də reklamdan başqa bir şey deyil. MTK-nın rəhbəri millət vəkili Ağalar Vəliyev olmasına baxmayaraq, o, vətəndaşların problemlərini həll etmək üçün baş sındırmaq əvəzinə, onların başına oyun açır.

Atalarımız boş yerə "Başına gələn başmaqçı olar" deməyiblər ki… Bu yazı nə anti-reklamdır, nə də qərəz. Bunu biz yox, "Kristal Abşeron"un sakinləri deyir.

Məsələn, Mehdi Mustafayev adlı şəxs "Kristal Abşeron"dan ev almaq eşqinə düşüb və sözügedən yaşayış kompleksində yaşayan sakinlərə məhz oradan mənzil almaq istədiyini, bunun üçün də məsləhətə ehtiyacı olduğunu söyləyib.

Mehdi bəyə yazılan cavablara diqqət yetirək:

Soyadı Məmmədzadə olan sakin Mehdiyə belə cavab verib: "Qardaş, nə sən sual paylaşdın, nə biz gördük. Qaçaraq uzaqlaş. Belə problemlərdən bəzilərini deyim bəlkə bəs edər. İsti suyun kubu 3.5 manat, istilik evin hər kvadrat metrinə 0.80 manat (istilik verildi, verilmədi və sən evdə yaşadın yaşamadın), quş damı kimi eyvanlar, keyfiyyətsiz təmir, bahalı market, digər keyfiyyətsiz xidmətlər və s. və ilaxır.

Əliyev Anar isə heç düşmənə də, "Kristal Abşeron"da yaşamağı arzulamır: "Heç düşməninə də buradan ev almağı məsləhət görmə".

Xilqət Yahya isə məsələyə satirik yanaşıb: " Mehdi qardaş, 3 dəfə "əuzu billahi minəş-şeytanir-rəcim" de. Burada ev alanlar hansısa böyük günah sahibləridir. Bu gün gözəl cümə günüdür, tovbələrin qəbul olunan günüdür, dua elə çoxlu.

Əsgər Vəliyevin də fikri digərləri ilə eynidir: "Qardaşım, get kirayələrdə yaşa. Bura verəcəyin kreditə şəhərdə ürəyin istədiyin tip və otaqlı evdə yaşayarsan".

Eşqin Qadaşov da "Kristal Abşeron"dan ev almaqla səhvə yol verdiyini etiraf edir: "Başımızı soxacaq daxmamız olsun deyə, bir səhvdir etmişik. İndi də başımıza gətirdikləri oyun qalmayıb. Buradan uzaq dur! Köhnə ev al, amma təmiri normal olsun".

Sevinc Mamedova adlı xanım isə "Kristal Abşeron"dan narazılığını bu şəkildə ifadə edib:

"Bu gün istilik problemi ilə əlaqəli komendantlığa yaxınlaşdım. Bildirdim ki, sizin işinizi bacarmamağınız, öhdəliklərinizi yerinə yetirə bilməməyiniz səbəbindən bizim ailələrimiz, körpələrimiz, yaşlı valideynlərimiz əziyyət çəkir. İstilik problemi nə vaxt həll olunacaq? Komendantın cavabı: 2 günə, 5 günə, 1 həftəyə, biz özümüz də bilmirik nə vaxta həll olunacaq. Amma çalışırıq. Səbəb kimi qazın olmaması göstərilir. Sözsüz ki, bu bir nağıldır. "Azəristiliktəchizat"ın binaları 15 noyabrdan etibarən istiliklə təmin olunubdur. Eyni ölkənin ərazisində yerləşməsinə baxmayaraq, "Kristal Abşeron" mənzillərə istilik verə bilmir. Demək ki, Kristal ayrıca planetdir. Respublika içində respublikadır. Hansı ki, öz qanunları var. Diqqət yetirin! Külli miqdarda pullarımızı mənimsəyən MTK heç özü də problemin nə zaman həll olunacağını bilmir. Minlərlə insanın taleyi, sağlamlığı onlara maraqlı deyil. Onları yalnız pul maraqlandırır".

mənbə: yenicag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2619   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır

İspaniyadakı sol koalisiya hökumətinin Fələstin dövlətinin tanınması üçün eyni anda 4 ölkə ilə ortaq qərar verməyi planlaşdırır. xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindəki mənbələr Baş nazir Pedro Sançes və Xarici İşlər Naziri Xose Manuel Albares tərəfindən dəfələrlə dilə gətirilən Fələsti

25.04.2024 148
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 158