Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi - FOTOLAR

Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi - FOTOLARABŞ-ın Florida ştatındakı Yupiter şəhərində isti, bürkülü avqust günü idi. Yerli idman barında Harrouf ailəsi onlara baş çəkməyə gəlmiş oğulları, 19 yaşlı tələbə Ostin Harroufla nahar edirdilər.

Ostin qıcıqlanıb, sonra hirslənib və ata-anasını barda qoyaraq çölə qaçıb.

Dediyinə görə, yaman qorxmuşdu.

Qorxu onu təqib edirmiş.

Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi - FOTOLAROstin sakit, mədəni oğlan kimi tanınırdı. Güləşlə məşğul olur, futbol oynayırdı. Amma anasının dediyinə görə, Ostində qəfil dəyişikliklər başlanmışdı: "Ostin evimizin güdüldüyünü dedi, qarajda yaşamağa başladı. Sonra fövqəladə qüvvəyə malik olduğunu, Yeri xilas edəcəyini dedi. Axırda da dedi ki, onu Daniil adlı cin təqib edir".

Buna görə də Ostin evdən qaçanda valideynləri dərhal polisə zəng vuraraq "Ostin sakit oğlandır, azıb, onu tapın!" dedilər.

Ostin isə həmin anda qızmar şosse ilə yeriyir, əynindəki paltarları soyunurdu.

Hər addımla Ostinin qorxusu daha da güclənirdi.

"Sadəcə, kimisə tapmalıydım ki, mənə harada olduğumu desin. Nə baş verdiyini anlamırdım. Qorxurdum, qorxurdum, qorxurdum..." - Ostin sonradan polisə belə söyləyəcəkdi.

Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi - FOTOLAROstin 59 yaşlı Con Stivens və 53 yaşlı Mişel Mişkonun yaşadıqları evə yaxınlaşdı. Ərlə arvad eyvanda televizora baxır, soyuq limonad içirdilər.

Ostin bu evin qarajına girmişdi.

Niyə, nə üçün - anlamırdı. Yalnız çox qorxduğunu dərk edirdi.

Boya butulkasını götürdü, başına çəkdi. Boya onun boğazını yandıranda Ostin qışqırıb, söyüb.

Həmin an qaraja girən Mişel yad adamı görəndə qorxub, qışqırmağa başlayıb.

Ostinin qorxusu daha da artıb.

O, Mişeli yıxıb, sonra bıçağı ilə ona zərbələr vurmağa başlayıb.

Arvadının qışqırığına gələn Con qarajın döşəməsində Mişelin cəsədini və gözləri hədəqədən çıxmış, əlləri titrəyən Ostini görüb.

Con qaçaraq evə girməyə çalışıb. Amma Ostin onu haqlayıb.

Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi - FOTOLARPolis hadisə yerinə gələndə Con hələ sağdı, can verirdi.

Ostin onun sinəsində oturmuşdu və fısıldayaraq Conun sifətini gəmirirdi.

Polislərin dediklərini eşitməyən, elektroşokerdən sonra da qurbanından əl çəkməyən Ostini dayandırmaq üçün onun üstünə polis köpəklərini qısqırdıblar.

Amma artıq gecdi, Con keçinmişdi.

Polislər onun biləklərinə qandal vuranda Ostin qışqırırdı: "Öldürün məni! Güllələyin! Buna layiqəm".

Polis idarəsində istintaq zamanı o, ağlayıb, boğazındakı ağrılardan şikayətlənib.

Hospitala aparılan Ostin Harrouf orada koma vəziyyətinə düşüb, 11 gün özündə olmayıb, amma ölməyib.

Ostin Harroufun məhkəməsi başlanıb. Ekspertiza onun qanında narkotik maddələr qalıqları aşkarlamayıb.

Onun davranışının, qatilliyinin və adamyeyənliyinin səbəbləri araşdırılır.

mənbə: milli.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3138   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089