Əsgər ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı - MƏHKƏMƏ QƏRARI

Əsgər ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı - MƏHKƏMƏ QƏRARIFüzuli Hərbi Məhkəməsində Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin əsgəri Pərviz Paşayevin ölümündə təqsirləndirilərək həbs edilən gizir Ramin Bayramovun işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə istintaqı zamanı P.Paşayevin ölümündə R.Bayramovun iştirakı təsdiqlənməyib. Məhkəmənin hökmü ilə o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə razılaşmayan qarşı tərəf apellyasiya şikayəti verib. Şikayət Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əsgərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən, Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.

Faktla bağlı Füzuli rayon Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Mərhum əsgər P.Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə, onun ölümünə səbəb suda boğulması olub.

İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 2 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli rayon Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, gizir R.Bayramov 2016-cı ilin aprel ayında cəbhədə erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınmasında iştirak edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1375   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

25.04.2024 164
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 140
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 217
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 135
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 153