Ərəbistandan Azərbaycana toz dumanı gəlir - RƏSMİ

Ərəbistandan Azərbaycana toz dumanı gəlir - RƏSMİ

Sabah Azərbaycan ərazisində qısa müddətli toz-dumanı gözlənilir.

BiG.AZ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, noyabrın 21-də ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz-dumanının daxil olmasıdır.

Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 800 Tarix: 20.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Tahir011
Tahir011 20.11.2017
Qiyamətin Əlamətlərinən biri