ADPU-də qız qaçırıldı: "Biz nə deyə bilərik, Allah xoşbəxt eləsin" - RƏSMİ AÇIQLAMA

ADPU-də qız qaçırıldı: "Biz nə deyə bilərik, Allah xoşbəxt eləsin" - RƏSMİ AÇIQLAMA

Noyabrın 17-də saat 13:00 radələrində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2-ci kurs tələbəsi olan 18 yaşlı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb. Qızın anası Aslanova Tamilla Zeynalabdin polisə müraciət edərək Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlunun qızının qaçırılmasını təşkil edildiyini bildirib və qızının evə qaytarılmasında polisdən kömək istəyib.

Məsələ ilə bağlı ADPU mətbuat xidməti Mənsur İbrahimov əlaqə saxladıq. Hadisə ilə bağlı BiG.AZ -a danışan Mənsur İbrahimov hadisədən xəbərsiz olduğunu və qaçırılan qıza xoşbəxtlik dilədiyini bildirib: "Bu barədə saytlardan oxudum. Qızın valideynləri polisə müraciət edib. Qız dərsdən çıxanda qaçıb. Yəqin ailə qurmağı düşünürlər. Oğlan qızın öz yerlisidir. Qızın necə qız olduğunu bilmirəm, gəlin insanların şəxsi işinə, həyatına qarışmayaq. Pedoqoji universitetdə texnikum, kolleclə birlikdə 17 min uşaq təhsil alır. Biz onların hər birinin xarakterini bilə bilmərik. Biz nə deyə bilərik, Allah xoşbəxt etsin. Yaxşı şeylər arzu edirik. Siz daha dəqiq məlumat əldə emək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın".

ADPU-də qız qaçırıldı: "Biz nə deyə bilərik, Allah xoşbəxt eləsin" - RƏSMİ AÇIQLAMA

BiG.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov da cütlüyə xoşbəxtlik arzu etdiyini bildirdi: "Ürəyi istəyib, qoşulub qaçıb. Valideynlərinin şikayəti varsa polis bu məsələyə baxıbdır. Əgər qız desə ki mən könüllü gəlmişəm, məcburən qaçırdılmamışam, onda onlara Allahdan xoşbəxtlik arzu edirik".

Maira Namazova
BiG.Az

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4922 Tarix: 20.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
cangudan007
cangudan007 20.11.2017
Bu da polisimiz təhsilimiz
☆☆☆☆