Bakıda torpağın altından çıxarılan fəhlənin vəziyyəti ağırdır - VİDEO

Bakıda torpağın altından çıxarılan fəhlənin vəziyyəti ağırdır - VİDEO

Zığ qəsəbəsində drenaj sistemi qurmaq üçün aparılan qazıntı işi zamanı bir nəfər fəhlə torpağın altında qalıb. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs torpağın altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu ərazisində yerləşən Zığ qəsəbəsinin 43 saylı yaşayış binasını uçmaq təhlükəsindən qorumaq üçün aparılan işlər az qala bir nəfərin həyatı bahasına başa gələcəkdi.

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, Sabunçuda yerləşən 3 saylı şəhər-kliniki xəstəxanasına yerləşdirilən Əmirəhməd Bağırzadənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə hadisənin yaşandığı 43 saylı binanın arxasında drenaj işləri aparılır. Məqsəd binanın möhkəmləndirilməsini təmin etməkdir.
Xatırladaq ki, yaranmış vəziyyətlə baglı binadan sakinlərin köçürülməsi prosesi yalnız Fövqəladə Hallar Nazirliyinin rəyindən sonra həyata keçirilə bilər.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 856 Tarix: 18.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol