Yol patrul dronu konsepsiyası hazırlanıb

Yol patrul dronu konsepsiyası hazırlanıbQəza yerində yanğının baş verməsini görən aparat onu söndürməyə başlayacaq və ora yanğınsöndürənlərin gəlməsi üçün əlavə informasiya ötürəcək

Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. "Highway patrol drone" ("Yol patrul dorunu") adlanan aparatın əsas vəzifəsi şosedə təhlükəsizliyin təminindən ibarət olacaq.

BiG.AZ "ICTnews"a istinadən xəbər verir ki, "Highway patrol drone" yolda hadisələrə tez reaksiya verməyə və baş verən insident barədə operativ informasiya toplamağa imkan verən çoxlu funksiya və imkanlara malikdir. Bundan əlavə, dron köməkçi (məsələn, yanğını söndürmək və ya trafiki yönəltmək) kimi çıxış edir.
Məlumata görə, yol patrul dronu qeyri-aktiv rejimdə yol üzərində qurulan xüsusi nəzarət qülləsinə birləşdirilir. Bu rejimdə pilotsuz uçan aparat yolda vəziyyəti izləyir və problemli (məsələn, axtarışda olan və ya nasaz) avtomobilləri müəyyənləşdirir. Dronun görmə zonasında qəza baş verən zaman o, dərhal məlumatları yol hərəkəti idarəetmə mərkəzinə ötürməyə başlayır və qüllədən ayrılır. Qəza barədə informasiya hadisə yerinə müvafiq xidmətlər gələnədək durmadan ötürülür.

"Highway patrol drone" pilotsuz uçan aparatı güclü proyektorla təchiz edilib ki, bu da ona yola əlavə yol nişanını proyeksiya etməyə imkan verir. Bu, dron üçün yeni hadisələrin qarşısını almaq məqsədilə qəza yerinin yaxınlığında yol hərəkətini idarə etməyə şərait yaradır. Bundan başqa, patrul dronu suyun tozlandırılması mexanizmi və kiçik maye çəni ilə təchiz edilib. Qəza yerində yanğının baş verməsini görən aparat onu söndürməyə başlayacaq və ora yanğınsöndürənlərin gəlməsi üçün əlavə informasiya ötürəcək.

Beləliklə, konseptual pilotsuz uçan aparat yol-nəqliyyat hadisəsinin baş verdiyi ilk dəqiqələrdə zərərçəkənlərə yardım göstərə biləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 18 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428