Razılıq əldə olunmasa Azərbaycan ordusu çox güclü zərbə endirəcək

Razılıq əldə olunmasa Azərbaycan ordusu çox güclü zərbə endirəcəkƏgər gələn ay Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşdən konkret irəliləyiş əldə olunmasa Azərbaycan ordusunun təmas xəttində güclü zərbə endirməsi gözlənilir. Belə xəbərdarlıqla Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni eksperti Kayts Minasyan "168 jam" qəzetinə müsahibəsində çıxış edib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək illik toplantısı çərçivəsində baş tutacaq. Rəsmi Bakı bu görüşə artıq razılıq verib. Bundan əvvəl xarici işlər nazirləri Moskvada ayrı-ayrılıqda Minsk Qrupu həmsədrləri ilə görüşüblər. Noybarın 20-21-də isə Rusiya xarici işlər nazirlərinin Bakıya və İrəvana səfəri olacaq.

Razılıq əldə olunmasa Azərbaycan ordusu çox güclü zərbə endirəcək"Əgər Vyanada nazirlərin görüşü konkret irəliləyişə gətirib çıxarsa o halda 2018-ci ildə prezidentlər Sərkisyan və Əliyev arasında yeni görüş gözlənilir. Lakin heç bir irəliləyiş əldə edilməsə biz Bakının güclü zərbəsinə hazır olmalıyıq. Çünki Azərbaycan əmin olacaq ki, Minsk Qrupu növbəti dəfə onu aldadıb. Erməni qüvvələri çox ehtiyatlı olmalıdır"-Kayts Minasyan bildirib.

Xatırladaq ki, Qarabağ nizamlanmasında hazırda əsas vasitəçi Rusiyadır. Lakin ötən həftə Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşübdə onun rusiyalı həmkarı Vladimir Putin bildirib ki, məsələnin həllinə xüsusi ümid bəsləmir. Eyni zamanda Rusiya XİN-dəki mənbələr də Lavrovun regiona səfərindən nəsə irəliləyiş gözləmədiklərini, münaqişənin həllinə ümidli olmadıqlarını deyirlər.

Razılıq əldə olunmasa Azərbaycan ordusu çox güclü zərbə endirəcəkBelə vəziyyətdə Azərbaycanın seçim imkanı qalmır. Çünki rəsmi Bakı Ermənistanın danışıqlardan müxtəlif bəhanələrlə yayınmasına neçə vaxtdır səbrlə dözüb, həmsədrləri, xüsusən Rusiya rəhbərliyini nizamlama prosesində daha fəal rol oynamağa inandırmaq üçün səylər göstərib. Bu baxımdan danışıqlar prosesindəki hazırkı nisbi fəallaşma, xarici işlər nazirlərinin görüşü hansısa irəliləyişlərə səbəb olmayacaqsa o zaman təmas xəttində vəziyyətin gərginləşməsi də qaçılmaz olacaq.

Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmsədrlərlə məsləhətləşmələrdən sonra demişdi ki, Bakı substansiv danışıqların aparılmasını xahiş etmir, tələb edir. Çünki danışıqların alternativinin nə olduğu aydındır və Azərbaycanı bu alternativə əl atmağa məcbur etməsinlər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1538   Tarix: 18 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

26.04.2024 153
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

26.04.2024 635
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

26.04.2024 239
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

26.04.2024 428
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 473
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 754
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 123
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 313