Azərbaycanda bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir

Azərbaycanda bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir

Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun "AI-95 Premium" benzinin bahalaşacağı gözlənilir.

BiG.AZ xəbər verir ki,Tarif Şurasının qərarı ilə "AI-95 Premium" benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir.

Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında "AI-95 Premium" benzininin qiymətinin bahalaşacağı barədə xəbər yazmışdıq və həmin gecə bu xəbər öz təsdiqini tapmışdı.

Onu da bildirək ki, "Premium Euro-95" markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə "Avro-4" standartlarına uyğundur. "AI-98" markalı benzin kimi, "AI-95 Premium" da Rumıniyadan idxal olunur.

Mənbə:bakuws
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4555 Tarix: 17.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ogul
ogul 17.11.2017
Mamalarinin da qiymetin qoyublar ustune, tay kim qalib goresen.


 
vetenperver
vetenperver 17.11.2017
Konfetə düşdükda indi..eladıe ruminiya neftdi bizdən alıb benzini bizə satsin.yaponlarin ssridən sepli traktor aldıgı kimi


 
baku2017
baku2017 17.11.2017