Rusiya Qarabağ konfliktinin nizamlanmasında vasitəçiliyini intensivləşdirib - POLİTOLOQ

Rusiya Qarabağ konfliktinin nizamlanmasında vasitəçiliyini intensivləşdirib - POLİTOLOQDüşmən ordusu tərəfindən işğal altında olan Qarabağin işğaldan azad olunması, bu istiqamətdə ölkələr arasında hər hansısa bir razılığın əldə olunması istiqamətində yeni gəlişmələr var.

Rusiya Qarabağ konfliktinin nizamlanmasında vasitəçiliyini intensivləşdirib - POLİTOLOQBu barədə BiG.AZ-a danışan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə Rusiyanın Qarabağ konflikti nizamlanması istiqamətinə vasitəçiliyini intensivləşdirdiyini bildirib: "Rusiyanın Qarabağ konfliktinin nizamlanması istiqmətində vasitəçiliyi hazırda intensivləşib. Rusiyanın masada real təkliflər paketi var. Bu təkliflər paketi ictimaiyyətə açıqlanmasada, Kremlin ideoloqu Aleksandr Dugin tərəfindən bir neçə dəfə səsləndirilib.

Bu təkliflər paketində 5 rayonun qaytarılması müqabilində Azərbaycanın Rusiyanın planlarında yer alması və Qarabağda Rusiyanın "sülhməramlı qüvvələrinin" yerləşdirilməsidir.

Ötən ay İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə müsbət irəlləyiş əldə olunmamasına baxmayaraq, danışıqlar prosesinin aparılması üçüyn müəyyən razılıq əldə olunub. Qeyd edim ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Minsk qrupunun həmsədrləri ilə birgə və ayrı-ayrılıqda görüşlər keçirir, bu istiqamətdə danışıqlar aparılır.

Bu gün Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Moskvada Minsk qrupunun üzvüləri ilə görüşəcək. Qeyd edim ki, Ermənistan XİN rəhbəri Eduard Nalbandyan Moskvadadır. Dünən həmsədrlərlə görüşüb.

Minsk qrupunun həmsədrlərinin və XİN rəhbərlərinin Moskvada danışıqları aparması, şübhəsiz Rusiyanın irəli sürdüyü həll formuları ilə bağlıdır. Bu həll variantalarına Kazan və Santk- Peterburqda əldə olunan razılaşmalarda daxildir.

Rusiya danışıqlarda dominatlığını öz üzərinə götürməklə, danışıqları müəyyən çərçivəyə qədər aparması istisna edilmir. Bu ayın 13-də Soçidə Türkiyə və Rusiya prezidentləri görüşündə Qarabağ münaqişəsi müzakirə edilib. Amma,bu görüşdə Türkiyənin rolu qəbul edilsədə, həll edici missiya kimi Moskva problemi öz inhisarında saxlayır. Ona görədə burada Ərdoğanın ciddi rolu yoxdur. Rusiya Türkiyənin Cənubi Qafqazda siysi olaraq güclənməsini qəbul etməz.

Bir neçə gündən sonra Segey Lavrov Bakı və Yerevana gələcək. Segey Lavrov regiona konkret təkliflərlə gəlir. Bu təkliflər təssüf ki, konfliktin "Paket həllini" özündə əks etdirir. Ortada "Yenilənmiş Madrid prinsipləri" yoxdur. Madrid prinsipləri münaqişənin mərhələli həllini nəzərdə tutur. Görünür, "mərhələli həll" planı üzrə danışıqlar apaarılmır.

Rusiya Azərbaycanı " Paket həll" variantına inandırmağa çalışır. Moskvada Minsk qrupunun həmsədrlərinin XİN rəhbərləri ilə birgə görüşündə "Paket həll" variantı müzakirə ediləcək. Hazırda Ermənistan bu həll variantına hazırdır. Bir müddət bunadan əvvəl, Ermənistan prezidenti güzəştlərdən danışmışdı. Hətta "ağrılı güzəşt" kimi tələbələrə xitabən vurğulamışdı. Bu güzəştlər, əsasən 5 rayonun Azərbaycana verilməsindən gedir. Əvəzində isə Kəlbəcər, Laçın isə qeyri-müəyyən vaxtda kimi Ermənistanın nəzarətində qalır, Qarabağa aralıq status məsələsi müzkirə predmeti olur, rus sülhmərmlıları Qarabağda yerləşdirilir.

Göründüyü kimi, hazırda aparılan müzakirələr Azərbaycanın ərazi bütövlüyünü təhdid edir. İki rayon və Qarabağ inzibati sərhədləri daxilində Azərbaycandan kənar saxlanılır. Rus sülhməramlı qüvvələr regionda yerləşdirilməklə, birdəfəlik ərazilər əlimizdən çıxa bilər.

Rusiya, hazırda çox ciddi şəkildə "Paket həllini" Azərbaycana sıramağa çalışır. Azərbaycan Rusiyanın bu təkliflər paketindən imtina etməli, "Mərhələli həll" planını üzrə danışıqların aparılmasını tələb etməlidir. Azərbaycan danışıqlar aparsada "Paket Həll" variantını qəbul etməyəcək. Növbəti danışıqlar raundunun növbəti faiskosu gözlənilir".

BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1023   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1157
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 373
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 689
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 683
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 673
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 410
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 472
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 382
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 282