Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VİDEO / FOTO

Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VİDEO / FOTOSuraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

"Azəravtoyol" ASC-dən BiG.AZ-a verilən məlumata görə, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir.

Sözügedən yol uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılır.

Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb.

Artıq yolun asfaltlanmasına da start verilib və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə 2 qat olmaqla yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənir.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu 1.5 km-lik hissədə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi də aparılır. Səkilərin kənarına 6.7 min p/metr yeni səki daşı düzülür.

Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə xüsusi quyular tikilərək 10 ədəd yağış barmaqlıqları və 10 nöqtədə 250 mm diametrli drenaj borular, həmçinin qrunt sularının ötürülməsi üçün 6 ədəd suötürücü boru quraşdırılıb. Bundan başqa gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 9 yerdə ehtiyat keçidlər qoyulub.

Layihə çərçivəsində avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 8 yerdə xüsusi "cib"li dayanacaq hissələr yaradılır. Bütün işlər tərtib olunmuş qrafikə uyğun "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır.

Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən avtomobil yolu 63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.

Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VİDEO / FOTOZığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VİDEO / FOTOZığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VİDEO / FOTOZığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VİDEO / FOTOZığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VİDEO / FOTOZığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır - VİDEO / FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 629   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrailin Rafaha bomba hücumu: 2 ölü

İsrailin Qəzza zolağının cənubundakı Rafah şəhərində bomba hücumu olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 2 fələstinli ölüb, daha bir neçə nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb. Qəzzanın Misirlə Rəfah sərhəd keçidinin Fələstin tərəfini ələ keçirdiy

10:45 127
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

13:16 109
.

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb. xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub. Araşdırma zamanı məlu

17:42 314
.

Qonşu itə görə qonşusunu maşınına bağlayıb sürüdü - ANBAAN VİDEO

Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb. xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb. Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcil

16:46 416
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 879
.

"Bu səmimilik deyil, sırtıqlıqdır"

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Coşqun Rəhimov "Rəngarəng səhər" proqramında deyib. O, özünü səmimi adlandıran və efird

07.05.2024 677
.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkild

21:00 0
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

11:34 954
.

"Azərbaycanda tam sabitlik var, iqtisadi və sosial sahələrdə inkşaf müşahidə olunur"

"Hazırda dünya ölkələrinin bir çoxunda ixtişaşlar, vətəndaş qarşıdurmaları, iqtisadi, sosial böhranlar tüğyan edir. Eyni zamanda dünyamız terrorlarla, ölkələrarası müharibələrlə çalxalanmaqdadır.Belə bir vəziyyətdə ölkəmizdə tam əksinə vəziyyət hökm sürür". Bu sözləri BİG.AZ-A deputat Sədaqə

10:12 12